Siyasətçi bildirib ki, hər növbəti sanksiyalar paketi onlardan yan keçmə cəhdlərinin qarşısını almağa yönəlib.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı bütün əsas sanksiyaları artıq tətbiq edib.
“Hər növbəti paket döngəni sərtləşdirməyə və sanksiyalardan yayınma cəhdlərinin qarşısını almağa yönəlib. Əsas iş artıq edilib, çünki biz qalıq yanacaqlara qarşı sanksiyalar tətbiq etmişik”, o, “LeSoir” qəzetinə müsahibəsində bildirib.
Avropa Şurasının rəhbərinin qeyd etdiyi kimi, Aİ-nin görəcəyi çoxlu əlavə tədbirlər qalmayıb.
Şayəstə