İki ölkə arasında ümumi ticarət dövriyyəsi 9 milyard ABŞ dollarına çatıb.
Elchi.az xəbər verir ki, 2022-ci ildə Rusiya ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsi rekord 68% artaraq 9 milyard dollara çatıb. Bu barədə bazar ertəsi baş nazirin müavini, Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov mətbuat konfransında bildirib.
Manturovun qeyd etdiyi kimi, Rusiya ilə BƏƏ arasında ticarət əlaqələri tədricən inkişaf edir və ticarət dövriyyəsinin cari artımı iki ölkə arasında qarşılıqlı əlaqədə tarixi xarakter daşıyır. Beləliklə, Əmirliyə ixrac 71% artaraq 8,5 milyard dollara, idxal isə 6% artaraq 500 milyon dollara çatıb. Bütün ərəb ölkələri arasında Rusiya Federasiyası ilə ticarət dövriyyəsinə görə BƏƏ birinci yerdədir.
Şayəstə