Avropa İttifaqı (Aİ) Rusiyanı Qara dəniz taxıl müqaviləsindən çıxmaqla özünü göstərən kinsizlikdə ittiham edərək, Afrika ölkələrinə bir milyon ton taxıl tədarük etmək təklifinin “səxavət parodiyası” olduğunu bildirib.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, Yeni Dehlidə keçirilən G20-nin illik sammitində çıxış edən Avropa Şurasının sədri Şarl Mişel həssas ölkələrə taxıl müqaviləsi çərçivəsində Rusiyanın Afrikaya təklif etdiyindən 30 dəfə çox taxıl aldığını açıqlayıb.
Mişel taxıl sövdələşməsini şərh edərkən və Rusiyanın sammitdəki nümayəndəsi, Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət edərək, “Siz bunu qəbul etmədiniz”, – deyib.
Mişel əlavə edib: “Siz nəinki Qara dəniz vasitəsilə taxılın daşınmasına dair sazişdən çıxmaq qərarına gəldiniz, eyni zamanda, siz liman infrastrukturuna hücum edirsiniz. Hətta Dunay da”.
Avropa Şurasının rəhbəri Rusiyanın Afrika ölkələrinə 1 milyon ton taxıl təklifini “səxavət parodiyası” adlandırıb.
“Və sonda Rusiya özünü səxavət kimi qələmə verərək, Afrika ölkələrinə 1 milyon ton taxıl təklif edir”, – deyə Mişel bildirib.
Yeganə