Prezident İlham Əliyev N.M.Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:
Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.