Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
Yığma IV turda İsrail seçməsi ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən milli komanda ardıcıl 4-cü qələbəsini qazanıb.
Günay Məmmədzadə və Gövhər Beydullayeva rəqibləri ilə heç-heçə ediblər. Xanım Balacayeva və Ülviyyə Fətəliyeva isə görüşlərini qalibiyyətlə başa vurublar.
Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda isə Yunanıstanı 2,5:1,5 hesabı ilə üstələyib.
İsrail – Azərbaycan – 1:3
Marsel Yefroimski – Günay Məmmədzadə – 0,5:0,5
Dina Belenkaya – Xanım Balacayeva – 0:1
Maşa Klinova – Gövhər Beydullayeva – 0,5:0,5
Mixal Lahav – Ülviyyə Fətəliyeva – 0:1
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.
“Milan” 50 milyon avroluq müdafiəçini transfer etmək istəyir
İtaliyanın “Milan” klubu heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır. Elchi.az xəbər verir ki, “rossoneri” İngiltərənin “Tottenhem” klubunda çıxış edən Ced Spenslə...





















Son şərhlər