"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Milli Məclisdə qanunvericiliyin vəziyyətinə dair dinləmənin keçirilməsinə böyük ehtiyac var” – Qüdrət Həsənquliyev

03 Mart 2026 - 15:58
in MANŞET
FacebookVatsap

“Bu gün od çərşənbəsidir, bu münasibətlə hamınızı təbrik edirəm. Ombudsmanın hesabatı ilə bağlı onu qeyd etmək istəyirəm ki, dünyanın heç bir ölkəsində Ombudsman sosial hüquqların genişləndirilməsi, sosial müdafiənın təmin olunması məsələləri ilə məşğul olmur. Bu, həmin ölkələrdə siyasi partiyaların fəaliyyət sahəsinə aiddir, onlar öz aralarında müzakirə edirlər və nə edəcəkləri ilə bağlı vətəndaşlara vədlər verir. Ombudsmanın işi daha çox dövlət hakimiyyəti orqanlarının mövcud qanunvericiliyin tələblərinə nə dərəcədə əməl etməsini müəyyən etməkdir”.

Bunu da oxuyun

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Tramp və Netanyahudan İrana hücum siqnalı!

Elchi.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib:

“Hazırda bizim cəmiyyətdə ən çox narazılıq doğuran məqamlardan biri odur ki, insanlar məhkəmələrin qərarlarından şikayətçidirlər və məhkəmələrdə ədalət tapa bilmədiklərini bildirirlər. Mən dəfələrlə qeyd etmişəm ki, güclü məhkəmə hakimiyyəti olmadan ölkədə heç vaxt sosial ədaləti təmin etmək mümkün deyil. Heç bir Ombudsman, heç bir dövlət və icra hakimiyyəti orqanı ölkədə qanunların aliliyini təmin edə bilməz.

Bu günlərdə – 26 fevral tarixində – Baş nazir tərəfindən İqtisadi Şuranın iclası keçirildi və orada məhkəmə-hüquq sahəsinə dair məsələlər müzakirə olundu. Məni təəccübləndirən və təəssüfləndirən orada Ali Məhkəmənin sədrinin əyləşdirildiyi yer oldu. Bunun özü də cəmiyyət üçün bir mesajdır. Ali Məhkəmənin sədri məhkəmə hakimiyyətinin başında duran şəxsdir və Nazirlər Kabinetinin tərkibinə daxil olmayan bir adamdır. O, ən azından Baş Nazirin yanında əyləşməli idi. Amma nazirlərin arasında əyləşdirilmişdi və bu, hər halda yaxşı bir təəssürat yaratmırdı. Görünür, düşünürlər ki, İnam müəllim hələ də kənd təsərrüfatı naziridir.

Orada yaxşı olardı ki, ictimaiyyətə də həm də məlumat verilərdi ki, bu müzakirə nəyin əsasında keçirilib. Məhkəmələrdən daha çox icra hakimiyyəti orqanları şikayət edir, yoxsa sahibkarların narazılığı əsasında belə bir müşavirə keçirilib? İcra hakimiyyəti orqanları xüsusilə də inzibati məhkəmələrin qərarlarından şikayət verirlər ki, onlar vətəndaşların, sahibkarların hüquqlarını müdafiə edir, sahibkarlar da şikayətlidirlər ki, onlar məhkəmələrdə ədalət tapa bilmirlər.

Xatırlayırsınızsa, vaxtilə burada Ombudsman hesabat verəndə Gəncə İnzibati Məhkəməsi ilə bağlı mənim bir məqam diqqətimi cəlb etmişdi. O zaman mən məsələ qaldırdım ki, bəli, bu məhkəmənin fəaliyyəti ilə, orada süründürməçiliklə bağlı mənə müraciət ediblər. Bu, bir neçə il bundan öncə idi.

Hörmətli sədr və həmkarlar, hörmətli Ombudsman! Bu günə qədər də o məsələ həllini tapmayıb. İş o yerə çatır ki, Ali Məhkəmənin sədri Gəncəyə səfər edir və həmin şəxs Ali Məhkəmənin sədri ilə görüşür və İnam Kərimov deyir ki, vətəndaşın hüquqlarını bərpa etmək lazımdır. Bundan sonra yenə Apellyasiya Məhkəməsi işi Konstitusiya Məhkəməsinə göndərir. Konstitusiya Məhkəməsi deyir ki, vətəndaşın hüquqları bərpa olunmalıdır, amma Konstitusiya Məhkəməsinin də rəyi nəzərə alınmır və İnzibati İşlər üzrə Gəncə Apellyasiya Məhkəməsi o qərarı ləğv edib göndərir Ali Məhkəməyə. Yəni sözüm ondadır ki, sahibkarlar illərlə öz hüquqlarını məhkəmələrdə qoruya bilmirlər. Biz bu barədə düşünməliyik ki, necə edək ki, məhkəmə hakimiyyətini gücləndirək”.

Millət vəkili əlavə edib:

“İkinci, doğrudan da çox ciddi narahatedici məqamlardan biri ondan ibarətdir ki, bununla bağlı insanların çoxu müraciət edirlər. Bu yaxınlarda mənə də vicdanlı alıcı məsələsi iləbağlı müraciət etmişdilər. Hamınızda təsəvvür yaransın deyə bir nümunə çəkirəm. Dövlət təhlükəsizlik xidmətinin keçmiş zabiti mənə müraciət edir və deyir ki, onun yaxın qohumunun torpağını saxta sənədlər əsasında çıxarış alıblar və başqasına satıblar. O da başqasına satıb, alan da digərinə. İndi ona deyirlər ki, sənin torpağın çıxarış əsasında satılıb və geri qaytarıla bilməz. Qanunvericilikdə də belədir və bu doğrudan da dəhşətdir.

Məhkəmələrin işi ədaləti bərpa etməkdir. Bu, Konstitusiyada yazılıb, qanunlar da ədaləti müdafiə etməlidir.
Məhkəmədə şəxs gəlir deyir ki, ilk sənədləri qadının adına saxtalaşdırıblar. Qadın gəlib deyir ki, mənim heç nədən xəbərim yoxdur. İcra hakimiyyətinin nümayəndəsi bundan xəbərsiz olduğunu deyir. Saxta sənədlər əsasında başqasının torpağını satırlar və çıxarış alırlar. Onun əsasında o da satır başqasına, o da digərinə. İndi insan deyir ki, mən torpağımı satmaq istəmirəm, torpağımı geri almaq istəyirəm. O deyir ki, yox, sən artıq torpağını geri ala bilməzsən, ona görə ki, onu alan vicdanlı alıcıdır. Burada sosial ədalət harada qaldı? Bunu da bununla əsaslandırırlar ki, guya mülki dövriyyənin sabitliyini təmin etmək istəyirlər. Ona görə də bu istiqamətdə qanunvericiliklərdə də dəyişiklik etmək lazımdır.

Ombudsman daha çox bu tipli məsələlərə diqqət yetirməlidir, xüsusilə də məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərə. Biz dəfələrlə danışmışıq ki, burada da vəziyyət çox ağırdır. Biz indi xüsusi icra orqanlarının yaranması barədə də qanun qəbul etdik ki, bu sahədə işlər yüngülləşsin. O proses gedir, amma çox təəssüf ki, bu vəziyyət hələ də düzəlmir. Ona görə də, hörmətli sədr, Nazirlər Kabineti bu istiqamətdə İqtisadi Şuranın iclasında müzakirə keçirib, amma Milli Məclisdə də müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə ölkədə qanunvericiliyin vəziyyətinə dair dinləmənin keçirilməsinə çox böyük ehtiyac var”.

Previous Post

Sabahın hava proqnozu açıqlanıb

Next Post

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

Bənzər yazılar

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

20 Oktyabr 2026 - 17:35

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və ÇXR Sədri Si Cinpin arasında keçirilməsi ehtimal...

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

20 Oktyabr 2026 - 14:52

Serbiya Rusiyaya qarşı çıxmaq istəmir və Avropaya mane olan və onun siyasi elitasını qıcıqlandıran Ukrayna münaqişəsində neytrallığı qorumağa çalışır. Elchi.az...

Tramp və Netanyahudan İrana hücum siqnalı!

Tramp və Netanyahudan İrana hücum siqnalı!

20 Oktyabr 2026 - 12:21

ABŞ-da fəaliyyət göstərən "Washington Post" qəzetinin məlumatına görə, İran Hörmüz boğazında hücumları artırmaqla ABŞ Prezidenti Donald Trampa təzyiqi gücləndirməyi hədəfləyir....

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

19 Oktyabr 2026 - 19:25

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ə müsahibə verib. Elchi.az xəbər verir ki, Qüdrət Həsənquliyev İsraildə...

Next Post
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsizliyi ilə bağlı videoçarx hazırlanıb – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsizliyi ilə bağlı videoçarx hazırlanıb - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

Türkiyədə avtobus qəzasında 24 nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 23:41
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

20 Oktyabr 2026 - 23:38
Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49
Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 21:47
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

20 Oktyabr 2026 - 21:39
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

20 Oktyabr 2026 - 20:06
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59
“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.