"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Milli Bütövlüyümüz Azərbaycan Türk Dövlətinin qarantıdır

30 İyul 2019 - 16:09
in CƏMİYYƏT
FacebookVatsap

Cahandar Bayoğlu: “Azərbaycan Türk Dövləti” 48 milyonluq Türk millətinin milli iradəsi deməkdir

Bunu da oxuyun

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

İran adlanan bir ölkənin bu gün beynəlxalq birlik tərəfindən blokadaya alınmasının əsil səbəbi XXI yüzilliyin yenidən şəkillənməsi prosesində din və dövlət kimliyi məsələsində “farsçılıq” və süni “irani” kimliyin mühafizəkarcasına ifrata varmasıdır. Bu iki ideyanın bir sistemdə uzlaşdırılmasının səbəbkarı kimi İngiltərə, Rusiya və ABŞ artıq tarixi yalnışlığa bir daha yol verilməməsinin fərqində olsalar da, türkün sosial, iqtisadi, mədəni və coğrafi baxımdan tablosunun yenidən gündəmə gəlməsinə qarşı olduqlarını gizlətmirlər. O da bəllidir ki, təbii axarla türk coğrafiyasının sərhədləri içində onun varlığının inkarına qarşı addımlar atmaq çətinləşibdir. Azərbaycan Türk Dövlətinin qoca tarixin dərinliklərindən yenidən baş qaldırması bu günün zərurətinə çevrilib. “BAY Düşüncə Ocağı”nın başqanı Cahandar Bayoğlu bu barədə ötən müsahibələrində geniş açıqlamalar verib və bu gün həmin proseslə bağlı bir sıra qaranlıqlara səbəb olan faktorlara işıq saldı.

– Cahandar bəy, sizin model olaraq irəli sürdüyünüz Azərbaycan Türk Dövləti düzəni Azərbaycanın Güneyinə yönəlik fəaliyyət göstərən istiqlalçı və federalçı kimi tanınan qüvvələrin ortaya qoyduqları modellərdən tamamilə fərqlənir. Sadaladığımız qüvvələr Həmədandan Araz Çayınadək Azərbaycanın Güneyinin siyasi coğrafiyasını çızırlar. Bu anlaşılmazlıqları necə dəyərləndirirsiniz? 

– Qafaları qarışdıran daha çox 1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin lideri olduğu Azərbaycan Milli Hökumətinin həm iç, həm də beynəlxalq şərtlərin ağırlığı altında gözümüzün önündə qəbul etdiyi o dövrün siyasi coğrafiyası canlandırılır. Həmin çağda II Dünya Savaşından qalib çıxan Sovet İmperiyasının diqtəsi ilə tarixi və milli Azərbaycan torpaqlarının böyük bir qismində “Farsistan” və “Kürdüstan” dövlətlərini qurmuşdular. Dönəmin tarixi diqtəsi ilə bu nə qədər gerçəklik kimi görünsə də, geniş mənada milli maraqlarımızı əks etdirmirdi. Bu barədə Seyid Cəfər Pişəvəri və onun yaxın dostlarının xatirələrində gerçəkliklər qismən də olsa etiraf edilmişdir. Bu gün də olduğu kimi, Azərbaycan torpaqlarını yenidən paramparça etməyə hazır olan beynəlxalq güclər iş başındadırlar. “PENTAQON”un hazırladığı “Orta Doğu Xəritəsi”ndə Azərbaycanın Güneyi 1945-ci ildə Kremldə (Moskva) hazırlanan xəritədən fərqli olaraq daha kiçik coğrafi tutumda göstərilmişdir. Həmin xəritədə hətta Azərbaycanın quzeyinin bir qismi əlimizdən alınmışdır. 1925-ci ildə “İran fars hakimiyyəti” qurulana qədər İran adlanan bir ölkədə madaylar, mannalılar, atropatlar, albanlar, səlcuqlular, eldənizlər, ağqoyunlular, qaraqoyunlular, səfəvilər, afşarlar və qacarlar kimi Türk Dövlətlərinin siyasi coğrafiyası bu gün başqa millətlərə peşkəş edilməsi və istənilən ərazilərin Azərbaycan Türklərinin bu mövcud dövlətlərinin sınırları içində olmuşdur. Ancaq, hər kəsdən, dünyanın özündən  gizlədilən, son yüz ildə İran adlı coğrafiyada əhalinin artımını və demoqrafik dəyişikikləri nəzərə alsaq və müqayisə etsək, o zaman görürük ki, 82 milyonluq əhalisi olan İran adlı ölkənin nüfuzunun 40 milyona yaxını Azərbaycan Türkləri, 6-8 milyon arasında Qaşqay Türkləri, Xorasan Türkləri və Türkmənlər olmaqla 46-48 milyonluq Türkün toplam 15 milyona yaxını Seyid Cəfər Pişəvəri dönəmində cızılan Azərbaycan dövlətini 31-33 milyonluq Türklərdən ayırmış olarıq. O zaman sual olunur ki, yerdə qalan 33 milyona yaxın Türkü özümüzdənmi ayırmalıyıq? İmperialist güclərin bizim üçün cızdıqları oyunların oyuncağımı olaq? Biz 15 deyil, 46-48 milyonluq Türkün taleyini düşündüyümüz üçün, qurulacaq Azərbaycan Türk Dövləti bizim üçün cızılan siyasi coğrafiyalardan fərlənir. Biz bu baxımdan beynəlxalq hüququn insanlara tanıdığı seçim haqqını verərək özlərinin demokratik təsisatlarını və idarəçilik formalarını qurmaq haqqının tanınmasını istəyirik. Belə olduğu halda, Azərbaycan Türk Dövləti yaranır. Əks halda olan mübarizə formaları farslara, ərəblərə, kürdlərə və digərlərinə dövlət qurmaq uğrunda mübarizə sayılmalıdır. Bunu əyani şəkildə görmək üçün, İran adlanan coğrafiyanın içinə yarımşıq xəritəni yerləşdirsək orada Azərbaycan torpaqlarında adları sadalanan xalqlara dövlət qurulduğunun əyani təsvirini görürük. Bu 33 milyona yaxın Türk millətini öz doğma evində və torpaqlarında yad güclərin əlində əsarətə vermək deməkdir. Bunu xaricdə yaşayan və beynəlxalq güclərin əlində oyuncaq olan qüvvələr istəsə belə, İran adlanan coğrafiyada yaşayan 46-48 milyonluq Türk milləti öz iradəsini ortaya qoyaraq Azərbaycan Türk Dövləti sınırları içində demokratik  dünyanın tanıdığı haqlar içində özünün dövlətini quracaqdır. 

– Azərbaycan Türk Dövlətinin qurulmasında Azərbaycan Respublikası və Türkiyənin rolunu necə görürsünüz? 

– Nə qədər gec olsa da, Azərbaycan Respublikası və Türkiyənin ayrı-ayrı institutları bütövlükdə İran adlanan coğrafiyanın iqtisadi durumunu tam şəkildə incələməli və öyrənməli, Azərbaycan Türk Dövlətinin iqtisadi gücünün bütün detallarını araşdırmalıdırlar. Eyni zamanda elm-təhsil sahəsində dərsliklərin hazırlanması və bu sahədə eyitim ocaqlarının necə qurulması incəliyinə kimi işlənməlidir. 1925-ci ildən bu günə kimi fars şovinist rejiminin millətimiz üzərində yaratdığı sosial-psixoloji yaraların öyrənilməsi və aradan qaldırılması üçün təkliflərini hazırlamalıdır. Bununla yanaşı, Azərbaycan Respublikasında ortaq şəkildə milli-mənəvi dəyərlərimizi özündə ifadə edən TV proqramları və dizilər hazırlanmalıdır. Anadoluda Orta Doğuda və Qafqazlarda olan Türk millətini bütünləşdirən tərəflər inkişaf etdirilməi, doğru olmayan yönləri xalqa izah edilməklə aradan qaldırılmalıdır. Bu gün Qarabağın işğalının Azərbaycanın Güneyindəki gənclərin barışmamazlığı və onların torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda əzmkar mücadiləsi Azərbaycan Respublikasında və Türkiyədə Azərbaycan Türk Dövlətinin qurulması adekvat addım kimi formalaşmalıdır. Azərbaycanın  Güneyinin və Quzeyinin bütövlüyü isə, Türkiyənin milli məsələsinə çevrilməlidir. 

– Azərbaycan Respublikasındakı aydınların və siyasi qurumların bu məsələdə rolunu necə görürsünüz? 

– Təəssüflər olsun ki, 2000-ci ildən Elçibəyin dünyasını dəyişməsi və Azərbaycanın milli qüvvələrinin və milli təşkilatlarının darmadağın edilməsi ilə nəticələnmişdir. Ötən dövr ərzində siyasi qüvvələr bütün enerjilərini bir-birinə qarşı yönəltmiş, düşmən güclərin təsir imkanlarının artmasına və özlərinin zəifləməsinə səbəb olmuşdur. Dövlət və millət potensialının mərkəzləşməsinə və güclənməsinə deyil, bu  prosesin acınacaqlı şəkildə aşılanması ilə nəticələnmişdir. Hakimiyyət uğrunda aparılan mübarizə qisasçılıq və düşmənçilik müstəvisinə keçmişdir. Belə bir durum Azərbaycan Respublikasının Güneyində gedən Milli Hərəkatın unudulmasına səbəb olmuşdur. Biz inanmaq istəyirik ki, bu siyasi mərkəzlər bir qədər fərqli düşünsələr daha yaxşı nəticələr əldə edə bilərlər. Bölgədə baş verən beynəlxalq dəyişiklikləri diqqətə alsınlar. Çünki, bizim qarşımıza neokolonial düşüncə sistemini tətbiq etmək istəyən çoxsaylı güclər var. Bunu həm ideoloji, həm də sosial baxımdan tədricən həyat normamıza çevirməklə bizi bir millət olaraq elə öz əlimizlə tarixin təkərinin yedəyində əzib sıxaraq məhv etməyə çalışan çevrələr yatmayıblar. Bayaq qeyd etdiyimiz kimi, buna görə bizləri paramparça etmək istəyirlər. Ona görə də Azərbaycanda milli həmrəyliyə üstünlük verməklə bütün bunları aradan qaldırmaq mümkündür. İran adlanan ölkədə baş verəcək dəyişikliklərə hazır olmaq gərəkdir. Azərbaycan Respublikasının yönətimi isə, içində olan antimilli ünsürləri və korrupsiya elementlərindən xilas olmalı, milli bütünlüyümüz üçün liberal dəyişikliklərə getməlidir. 

– Azərbaycan Türk Dövlətinin qurulması istiqamətində fərqli fikirləri olanlara fikrinizi bilmək istərdik. 

– İran adlanan ölkədə siyasi coğrafiyanın dəyişməsi və Azərbaycan Türk Dövlətinin yaranması bölgə dövlətlərinin deyil, bütün dünya dövlətlərinin maraqları içindədir. Bu,  həm də dünyanın siyasi mənzərəsini dəyişən bir prosesdir. Bu prosesin başlanması və belə bir düzənlə sonuclanması dünyanı idarə edən yeni güc mərkəzlərinin yaranması prosesidir. Supergüclərin öz oyunları olduğu kimi, Türk millətinin də Tanrının ona bəxş etdiyi öz oyunları vardır. Belə olduğu üçün, hər hansı bir qurum və ya fərdlərin fikri deyil, bütövlükdə bütün baxışların və düşüncələrin dartışıldığı, sonucda millətin qəbul etdiyi və öz malına çevirdiyi fikirlər öndə olmalıdır. Biz milli fikrə sahib olan insanları, aydınları, qurum və quruluşları bu yöndə yazılar yazmağa, ictimai fikrin inkişafı üçün müzakirələr açmağa çağırırıq. Bizim ana hədəfimiz bütöv bir millətin institutlarının, qurum və quruluşlarının bu prosesə cəlb olunmasından ibarətdir. 

(ardı var)



Söhbətləşdi: Ənvər Yusifoğlu   

Previous Post

Milli Bütövlüyümüz Azərbaycan Türk Dövlətinin qarantıdır

Next Post

Bakı metrosunda daha 2 yeni qatar xəttə buraxılacaq

Bənzər yazılar

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən,...

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)” təsdiqlənib. Elchi.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Oyuncaqlar təyinatı üzrə...

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa...

Next Post
Bakı metrosunda daha 2 yeni qatar xəttə buraxılacaq

Bakı metrosunda daha 2 yeni qatar xəttə buraxılacaq

Bakı metrosunda daha 2 yeni qatar xəttə buraxılacaq

Bakı metrosunda daha 2 yeni qatar xəttə buraxılacaq

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.