Mikayıl Cabbarov Tatarıstanın rəhbəri ilə görüşdü

103

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstanın rəhbəri Rüstəm Minnixanovla görüşüb.

Elchi.az xəbər verir ki, bu barədə nazir Tvitter hesabında paylaşım qeyd edib.”Tatarıstanın rəhbəri Rüstəm Minnixanov ilə keçirdiyimiz görüşdə Azərbaycan-Tatarıstan münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər və işgüzar əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”, – nazir vurğulayıb.