Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstanın rəhbəri Rüstəm Minnixanovla görüşüb.
Elchi.az xəbər verir ki, bu barədə nazir Tvitter hesabında paylaşım qeyd edib.”Tatarıstanın rəhbəri Rüstəm Minnixanov ilə keçirdiyimiz görüşdə Azərbaycan-Tatarıstan münasibətlərinin inkişafı, iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər və işgüzar əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”, – nazir vurğulayıb.