“Microsoft” minlərlə işçini ixtisar etməyə hazırlaşır

32

ABŞ-ın texnologiya şirkətlərindən biri olan “Microsoft” işçilərinin təxminən 5 faizini ixtisar etməyi planlaşdırır.

Elchi.az xarici mediaya istinadən bildirir ki, Britaniyanın “Sky News” telekanalı şirkətin minlərlə insanı işdən çıxarmağa hazırlaşdığını qeyd edib.

Xəbərdə 220 mindən çox işçisi olan “Microsoft”un işçi qüvvəsini təxminən 5 faiz azaltmağı planlaşdırdığı, bunun isə təxminən 11 min nəfərin işdən çıxarılması anlamına gəldiyi bildirilib.

Bundan əlavə, “Bloomberg”in mövzu ilə bağlı anonim mənbələrə istinadən xəbərləri “Microsoft”un yanvarın 18-də bəzi mühəndislik bölmələrində ixtisara getməyi planlaşdırdığını bildirib.

Digər tərəfdən, “Microsoft”un keçən ilin oktyabr-dekabr dövrü üçün balans hesabatının yanvarın 24-də açıqlanacağı gözlənilir, analitiklər isə şirkətin 2017-ci ildən bəri ən yavaş gəlir artımını qeyd edəcəyini gözləyirlər.

Texnologiya sektorunda işdən çıxarılma “dalğası” böyüyür…

Artan inflyasiya və mümkün tənəzzül texnologiya sənayesində narahatlıqlara səbəb olsa da, bir çox texnologiya şirkəti minlərlə insanı işdən çıxarmaq qərarına gəlib.

Bu şirkətlər arasında “Meta” və “Amazon” kimi texnologiya sektorunda aparıcı şirkətlərin olması da diqqət çəkib.

Yeganə