“ABŞ Konqresinin Rusiyanın Afrikadakı fəaliyyətinə qarşı mübarizə haqqında qanun layihəsi beynəlxalq hüququn əsaslarına ziddir”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bunu Cənubi Afrika Xarici işlər naziri Naledi Pandor deyib.
“Əgər sənəd ölkənin Senatında təsdiq olunarsa, o zaman amerikalılar uydurmuş qanunlarına görə, Afrika ölkələrinin Rusiya ilə əməkdaşlıqda şübhəli bilindiyi halda cəza əməliyyatları həyata keçirə biləcəklər.
Cənubi Afrika Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, ölkə nümayəndəsi hətta qanun layihəsinin müəllifi ilə görüşüb və pozuntuları qeyd edib. Lakin sənəddə heç bir dəyişiklik edilməyib”,-deyə N.Pandor qeyd edib
Yeganə