Elchi.az xəbər verir ki, keçmiş Almaniya kansleri Angela Merkel ZEIT-ə verdiyi müsahibədə qaçqın və Rusiya siyasətləri ilə bağlı siyasətini müdafiə edərək, “Almaniyada fikir ayrılığına səbəb olan siyasi vəziyyətlərlə məşğul olmalıydım” deyib.
Merkel, xüsusilə 2015-ci ildə suriyalı qaçqınlara qapıları bağlamamaq qərarını müdafiə edərək, “İnsanlıq adına verdiyim qərarları geri ala bilmərəm” deyib. Merkel qaçqın böhranı nəticəsində ifrat sağçı AfD-nin yüksəlişinə görə heç bir məsuliyyət daşımadığını bildirib.
Keçmiş kansler Rusiya ilə bağlı siyasətini növbəti dəfə müdafiə etdi. O, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etdiyi dövrdə diplomatik təşəbbüsləri dəstəklədiyini də bəyan edib. “Ukraynadan ən çox narahat olanlardan biri də mən idim, amma mənimlə müqayisədə onunla maraqlanmayanlar çox idi.
Merkel Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya başlatdığı işğalından danışaraq, “Bunun baş verməməsi üçün əlimdən gələni etdim. Bunların işə yaramaması mənim etdiklərimin səhv olduğunun sübutu deyil. Diplomatiya həmişə zərurət”.
“Ukrayna müharibəsinin necə bitəcəyini düşündüyünü” soruşduqda, Merkel bu barədə şərh vermək istəmədiyini bildirib.
Şayəstə Hüsenova