Almaniyanın avtomobil istehsalçısı Mercedes-Benz şirkəti Rusiya-Ukrayna müharibəsinin başlamasından 14 ay sonra Rusiya bazarını tamamilə tərk edib.
Elchi.az Almaniya Xəbər Agentliyinə istinadən xəbər verir ki, Almaniyanın Mercedes-Benz şirkətinin Rusiyadakı bütün aktivlərinin Rusiyanın Avtodom şirkətinə satışı başa çatıb.
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Mercedes 2022-ci ilin martında Rusiyaya ixracı və bu ölkədə istehsalı dayandırıb.
Nuranə Məmmədova