"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Mehriban xanımın müşavirəsindən sonra toy-bayram idi”

11 Mart 2017 - 10:28
in CƏMİYYƏT
FacebookVatsap

Bu müşavirədən sonra Sumqayıtda toy-bayram idi. Şəhərimizdə məskunlaşmış məcburi köçkünlər çox sevinirlər ki, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün xanım Mehriban Əliyeva göstəriş verdi. Məcburi köçkün ailələri yüzlərlə teleqramlar vuraraq, Mehriban xanıma öz mənnətdarlıqlarını bildiriblər.

Bunu da oxuyun

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Elchi.az xəbər verir ki, bunu martın 9-da Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Musavat.com-a açıqlamasında deyib.

O, bildirib ki, sözügedən müşavirədə Sumqayıt sakinlərini və şəhərdə məskunlaşan məcburi qaçqınları narahat edən məsələ öz həllini tapıb:

Z.Fərəcovun sözlərinə görə, Birinci vitse-prezident vəzifəyə başlayandan sonra keçirdiyi ilk iclası Azərbaycanın ən ağrılı məsələlərindən olan qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etməsi, çox təqdirəlayiq məsələdir:

“Bu, Azərbaycan dövlətinin erməni təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin salınmış vətəndaşlarına illərdir davam edən qayğısının, dəstəyinin növbəti mərhələsidir. Qaçqınların başqa sosial problemləri ilə yanaşı, onların mənzil-məişət problemlərinin həlli də sürətləndirilir. Xanım Mehriban Əliyeva müşavirədə məcburi köçkünlərlə bağlı yeni yaşayış massivlərinin, qəsəbələrin salınması ilə bağlı konkret göstərişlər verdi”.

İcra başçısı bir məqamı da vurğulayıb:

“Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində Sumqayıt şəhərində də işlərə start verildi. İndiyədək Sumqayıtda qaçqın və məcburi köçkünlər üçün yaşayış binaları inşa olunmamışdı. Birinci vitse-prezident müşavirədə bu məsələnin həlli istiqamətində də tapşırıq verdi. Artıq Sumqayıtda qaçqınlar üçün çox mərtəbəli, çox mənzilli binalar tikiləcək. Bunun üçün konkret ərazi də ayrılıb. Bakı-Quba yolunda, Sumqayıtdan 8 kilometr məsafədə 200 hektar yer ayrılıb. Orada böyük bir qəsəbə salınacaq”.

Z.Fərəcov deyib ki, Sumqayıtda 52 min qaçqın və məcburi köçkün yaşayır:

“İlk mərhələdə qəzalı binalarda – Sumqayıtda 15-ə yaxın qəzalı yataqxanada qaçqınlar yaşayır – məskunlaşmış məcburi köçkünlər yeni binalarda mənzillə təmin ediləcəklər. Bundan sonra isə uşaq bağçalarında, məktəblərdə, başqa vətəndaşlara məxsus zəbt edilmiş mənzillərdə yaşayan məcburi köçkünlər köçürüləcək”.

Qeyd edək ki, martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

M.Əliyeva müşavirənin doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllinə həsr edildiyini, bu məsələnin artıq 20 ildən çoxdur dövlətin diqqət mərkəzində olduğunu bildirib. Mehriban Əliyeva Prezident İlham Əliyevin imzaladığı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair Dövlət Proqramının icrası nəticəsində soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təyinatı istiqamətində lazımi tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Azərbaycanın birinci vitse-prezidenti qeyd edib ki, indiyə qədər bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub, salınan qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib. Soydaşlarımızın işlə təmin olunması istiqamətində lazımi addımlar atılıb, son 13 ildə yüz minlərlə qaçqın və məcburi köçkün işlə təmin olunub.

 

Previous Post

“Mehriban xanımın müşavirəsindən sonra toy-bayram idi”

Next Post

Dollar bahalaşacaq, neft ucuzlaşacaq… – Neçayev

Bənzər yazılar

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub. Bu barədə Elchi.az -  Dövlət Statistika Komitəsindən məlumat verilib....

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Bu barədə Elchi.az - a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib....

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Elchi.az-a verilən xəbərə görə, 18 avqust...

DİM bu imtahanın nəticələrini elan etdi

700-ə yaxın şəxs ali məktəblərə imtahansız qəbul olmaq hüququ qazanıb

17 Avqust 2026 - 17:47

Qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları...

Next Post

Dollar bahalaşacaq, neft ucuzlaşacaq... - Neçayev

"Sovetski" yeni görünüşdə - Fotolar+Video

Son xəbərlər

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25
ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22
Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

17 Avqust 2026 - 21:21
Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

17 Avqust 2026 - 19:29
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16
Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

17 Avqust 2026 - 19:08
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

17 Avqust 2026 - 18:50
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

17 Avqust 2026 - 18:18
Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

17 Avqust 2026 - 18:05
Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

17 Avqust 2026 - 17:59
Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56
Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb

17 Avqust 2026 - 17:53
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

17 Avqust 2026 - 17:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.