Elchi.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, çoxlu sayda ağır cinayətlərin törədilməsi və ya müharibə vaxtı təhlükəsi yaranarsa, ölüm cəzası Konstitusiyaya dəyişiklik edilmədən də qaytarıla bilər.
“Mən heç vaxt ölüm hökmünün dərhal qaytarılmasının zəruriliyindən danışmamışam. Bu, yalnız bunun üçün ən ciddi əsaslar olduqda mümkündür. Məsələn, ölkədə ən ağır cinayətlərin – qətllərin ictimai təhlükəsi miqyasından kənara çıxsa. hər şeydən əvvəl – ya da əvvəllər olduğu kimi, müharibə zamanı”, – RİA Novosti onun sözlərini sitat gətirir.
Bundan əvvəl Vladimir Putin İnsan Hüquqları Şurasının üzvləri ilə görüşündə ölüm hökmünün Rusiyaya qaytarılması məsələsindən danışıb. O, bildirdi ki, əvvəlki kimi, buna qarşıdır.
Şayəstə