Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran 2022-ci ilin dekabr ayının son ongünlüyünə qədər azad ticarət zonası haqqında saziş imzalayacaq.
Elchi.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə İranın sazişin hazırlanması üzrə danışıqlar qrupunun rəhbəri Mir-Hadi Seyediyə bildirib.
“Aİİ ölkələri ilə İran arasında azad ticarət zonası haqqında sazişin hazırlanması üzrə İranın danışıqlar qrupunun rəhbəri Mir-Hadi Seyedi bildirib ki, son günlərdə hər iki tərəfin nümayəndələri tərəfindən sazişin imzalanması gözlənilir”, – deyə Tehran Times agentliyindən bildirilib.
Yeganə