Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev vurğulayıb ki, Varşava “Kiyevdə qurulmuş rəzil Bandera rejimi”ni qiymətləndirməkdə prinsipiallıq nümayiş etdirib.
Elchi.az xəbər verir ki, “Max” sosial şəbəkəsindəki paylaşımında siyasətçi qeyd edib ki, Polşa elitaları arasında rusofob əhval-ruhiyyəyə baxmayaraq, Polşa konkret olaraq bu məsələdə düzgün və dürüst mövqe nümayiş etdirir.
Medvedev bəyan edib ki, Varşavanın yanaşması digər Avropa ölkələrinin və Aİ rəhbərliyinin baxışlarından əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərqi göstərmək üçün o, hipotetik bir misal çəkdi: əgər Benito Mussolini Roma Panteonunda təntənəli şəkildə yenidən dəfn edilsə və Almaniyada Adolf Hitlerə abidə qoyulsa, dünya ictimaiyyətinin reaksiyası necə olacaq.
Yeganə





















