“Təhsil sahəsində sistemli korrupsiya yoxdur”.
Elchi.az “Report”a istinadən xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
O diqqətə çatdırıb ki, şagirdlərin ali təhsil müəssisələrinə qəbulu, yerdəyişməsi, müəllimlərin işə qəbulu və digər mühüm proseslərdə rüşvət və korrupsiya hallarının böyük ölçüdə aradan qaldırılmasına nail olunub.





















