"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib

23 Fevral 2026 - 17:59
in CƏMİYYƏT
FacebookVatsap

17-22 may 2026-ci il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində media nümayəndələri üçün WUF13 Azərbaycan Əməliyyat Şirkətinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə “WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu” mövzusunda məlumatlandırma sessiyası keçirilib.

Bunu da oxuyun

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

MEDİA-dan  Elchi.az-a verilən xəbərə görə, tədbirdə iştirak edən 50-yə yaxın media nümayəndəsinə WUF13-ün əsas mövzusu olan “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” barədə məlumat təqdim edilib, sessiya zamanı səmərəli və daha effektiv işıqlandırma üçün istiqamətlər və tövsiyələr verilib.

Məlumatlandırma sessiyasında açılış nitqi ilə çıxış edən WUF13-ün milli koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini Gülşən Rzayeva iştirakçıları salamlayaraq vurğulayıb ki, WUF13 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi son illər şəhərsalma sahəsində həyata keçirilən genişmiqyaslı tədbir və islahatların məntiqi davamıdır və ölkəni növbəti dəfə qlobal gündəliyin mərkəzinə çıxarır. Bundan irəli gələn məsuliyyətlər, çağırışlar və imkanlar bütün maraqlı tərəflərlə yanaşı, medianın da üzərinə mühüm vəzifələr qoyur. O, məlumatlandırma sessiyasının vacibliyini vurğulayaraq media nümayəndələrini tədbirə hazırlıq prosesində, tədbir zamanı, habelə WUF13-dən sonra da şəhərsalma mövzusunun ardıcıl və peşəkar şəkildə işıqlandırılmasına fəal töhfə verməyə çağırıb.

BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə rəhbəri Anna Soave qeyd edib ki, 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunması və WUF13 tədbirinin Azərbaycanda təşkili beynəlxalq diqqətin regiona yönəlməsinə və konkret, davamlı nəticələrin əldə edilməsinə unikal imkan yaradır. Onun sözlərinə görə, əsas məqsəd forumun nəticələrini milli təcrübəyə inteqrasiya etmək, institusional mexanizmləri gücləndirmək, mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək, uzunmüddətli tərəfdaşlıqlar qurmaq və insan yönümlü şəhərsalma yanaşmasını təşviq etməkdir. Anna Soave, həmçinin vurğulayıb ki, tədbirdə aparılacaq müzakirələr layiqli mənzil təminatı, mobillik, əlçatanlıq, ekoloji dayanıqlılıq və inklüziv şəhərsalma istiqamətlərində irəliləyişlərə təkan verəcək. O, bu prosesdə medianın əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Məlumatlandırma sessiyasında iştirak edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələrinə müraciət edərək qeyd edib ki, WUF13 çərçivəsində keçirilən tədbir dayanıqlı şəhərsalmanın inkişafı ilə medianın məsuliyyətli və maarifləndirici rolunun vəhdətini ön plana çıxarır. O bildirib ki, müasir urbanizasiya prosesləri yalnız infrastruktur və texnoloji yeniliklərlə deyil, həm də ictimai məlumatlandırma, şəffaf kommunikasiya və düzgün informasiya siyasəti üzərində qurulmalıdır. Natiq Məmmədli vurğulayıb ki, media şəhərsalma təşəbbüslərinin obyektiv çatdırılmasında, ictimai fəallığın artırılmasında körpü rolunu oynayır.

Sessiyanın davamında WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri tərəfindən iştirakçılara davamlılıq və inklüzivlik mövzularında, eləcə də Ümumdünya Şəhərsalma Forumunun mahiyyəti barədə və Azərbaycanın şəhərsalma inkişafı və dayanıqlılıq siyasəti, WUF13 çərçivəsində gerçəkləşən Azərbaycan Şəhərsalma Kampaniyası barədə ətraflı məlumat verilib. Şəhərsalma sahəsində ən mühüm və aktual məsələləri əhatə edən praktiki məşğələ keçirilib.

Ümumdünya Şəhərsalma Forumunun əvvəlki sessiyalarını və ümumilikdə şəhərsalma məsələlərini işıqlandırma sahəsində geniş təcrübəyə malik beynəlxalq jurnalist Laura Puttkamer məlumatlandırma sessiyasına onlayn şəkildə qoşularaq, media nümayəndələrinə öncəki sessiyalardakı təcrübələrindən və WUF13-də əhatə edə biləcəkləri mövzular və işıqlandıracaqları məsələlər barədə praktiki tövsiyələrini bölüşüb.

Sessiyanın sonunda WUF13 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları tərəfindən media nümayəndələrinə Bakı Olimpiya Stadionunda tədbir zamanı fəaliyyət göstərəcək media mərkəzi və media imkanları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, silsilə xarakter daşıyan məlumatlandırma sessiyaları WUF13 tədbirinədək mərhələli şəkildə təşkil ediləcək.

Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilibMedia nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilibMedia nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilibMedia nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib

Previous Post

Aİ Rusiyanın səkkiz əməkdaşına sanksiya tətbiq edib

Next Post

Zelenskiy iki il bunkerində yaşadığını etiraf edib

Bənzər yazılar

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial ödənişlərin birlikdə aylıq ümumi məbləğini açıqlayıb. Bu barədə Elchi.az-a nazirlikdən bildirilib. Qeyd olunub...

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59

Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a...

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

07 Avqust 2026 - 17:38

Avqustun 7-də məktəbəqədər təhsil sahəsində valideyn–dövlət–özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsi ilə bağlı özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib....

Kamran Əliyev Laçın və Qubadlıda olub

Kamran Əliyev Laçın və Qubadlıda olub

07 Avqust 2026 - 16:47

Avqustun 7-də Azərbaycan Baş prokuroru Kamran Əliyev Laçın və Qubadlı rayonlarında olub. Bu barədə Elchi.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib....

Next Post
Zelenskiy iki il bunkerində yaşadığını etiraf edib

Zelenskiy iki il bunkerində yaşadığını etiraf edib

Cevdet Yılmaz Azərbaycana səfər edəcək

Cevdet Yılmaz Azərbaycana səfər edəcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

07 Avqust 2026 - 19:30
Gürcüstanda zəlzələ oldu

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 19:16
İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

07 Avqust 2026 - 19:00
Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57
ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

07 Avqust 2026 - 18:44
Çində 4,9 bal gücündə zəlzələ baş verib

Çində 4,9 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 18:29
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

07 Avqust 2026 - 18:16
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

07 Avqust 2026 - 17:45
Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

07 Avqust 2026 - 17:38
Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

07 Avqust 2026 - 17:30
Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

07 Avqust 2026 - 17:21
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

“Zirə” Namik Ələsgərovla yolları ayırdı

07 Avqust 2026 - 17:15
ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

07 Avqust 2026 - 17:07
İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

07 Avqust 2026 - 16:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.