“Mayın 9-da metronun açılmas ilə bağlı bizə rəsmi şəkildə heç bir məlumat daxil olmayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında “Bakı metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov mayın 9-da metronun açılması ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb:
“Heç bir qərar gəlməyib. Amma sonda metronun aşılması ilə bağlı qərarı Operativ qərargah verir. Biz hər həftə hazlrlıq komandası veririk, işçilərin hazırlığı yoxlanılır, daxildə hazırlaşırıq. Metro bir az mürəkkəb nəqliyyat növüdür. Onun öz hazırlıq mexanizmi var”.
Bəxtiyar Məmmədovun bildirdiyinə görə, metronun nə vaxt açılacağına dair rəsmi olaraq, bu ana kimi “Bakı metropoliten”inə hər hansı məlumat daxil olmayıb.
Əli Zülfüqaroğlu ƏHD Partiyası mətbuat xidmətinin rəhbəri təyin olunub
Tanınmış jurnalist və siyasi ekspert Əli Zülfüqaroğlu (İbrahimov) Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının mətbuat xidmətinin rəhbəri təyin olunub. ƏHD Partiyasının...