“Ünvanlı sosial yardım haqqında” qanuna təklif edilən yeni dəyişikliyə əsasən, artıq adında pul krediti olan ailələr də ünvanlı dövlət sosial yardımdan yararlana biləcəklər.
Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
O deyib ki, hazırda müraciət edən ailənin son bir il ərzində götürdüyü kredit onun gəliri hesab olunur:
“Bu, bir çox hallarda ailələrin sosial yardım ala bilməməsinə səbəb olurdu. Yeni dəyişikliklərə əsasən isə kreditlər ünvanlı sosial yardım təyin edilərkən heç bir halda nəzərə alınmayacaq”.
Qeyd edək ki, “Ünvanlı sosial yardım haqqında” qanuna təklif edilən yeni dəyişikliklər layihəsi Nazirlik tərəfindən hazırlanaraq Milli Məclisə təqdim edilib.
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI
İyunun 5-də IV siniflər üzrə, iyunun 6-da VI siniflər üzrə monitorinqlərin təşkil olunması ilə əlaqədar paytaxtda mərkəz kimi müəyyən olunmuş...





















Son şərhlər