Elchi.az “Haber Global”a istinadən xəbər verir ki, Tesla-nın ilk rübdəki məyusedici balansı, Twitter-də “mavi işarə”nin silinməsi və SpaceX raketinin partlaması ilə İlon Maskın sərvəti bir gündə 13 milyard dollar əridi.
Tesla ilk rüb nəticələri ilə investorları məyus etdi. Tesla-nın birinci rübdə xalis gəliri keçən il 3,32 milyard dollardan 24 faiz azalaraq 2,51 milyard dollara düşüb.
Şirkətin səhm üzrə qazancı 0,95 dollardan 0,73 dollara düşüb. Tesla-nın balans hesabatından sonra birjada səhmlər kəskin şəkildə azaldı.
Twitter və SpaceX-dəki inkişaflar da azalmaya səbəb oldu. Elektrik avtomobil istehsalçısının səhmləri aprelin 20-də 9,75 faiz ucuzlaşaraq 162,99 dollar olub.
Böyük itkiyə baxmayaraq, Bloomberg Billionaire Index-ə görə Maskın ümumi xalis sərvəti 164 milyard dollar olub. Mask Fransız lüks istehsalçısı Bernard Arnaultdan sonra dünyanın ən zənginləri siyahısında ikincidir.
Nuranə Məmmədova