Milyarder və “SpaceX”-in qurucusu İlon Mask Ukraynanın Rusiya Federasiyası ilə münaqişədə mövqeyinin hər gün zəiflədiyi barədə fikir bildirib.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, Mask X sosial şəbəkəsində yayımlanan, Ukrayna ilə Rusiya arasında atəşkəs və sülh danışıqlarının başlamasının vaxtının gəldiyini bildirən mesaja cavab verib.
Yazıda qeyd olunub ki, Ukrayna artıq müharibəni uduzub və heç bir əlavə resurs bu faktı dəyişməyəcək.
Bu açıqlamaya cavab verən Mask, bir il əvvəl sülh sazişinin bağlanmasının minlərlə insanın həyatını xilas edə biləcəyini vurğulayıb: “O vaxtdan bəri minlərlə oğlan boş yerə öldü və Ukraynanın mövqeyi hər gün zəifləyir”.
Yeganə