"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

“Maşınların şüşəsini yuyur, qazandığım pulla siqaret, pivə alırdım” – fotolar

15 Dekabr 2014 - 15:28
in MARAQLI
FacebookVatsap

1Müğənni-bəstəkar Emin Rusiyanın “OK” dərgisinə müsahibə verib.

Axşam.az həmin müsahibənin qısaldılmış formasını təqdim edir:

Bunu da oxuyun

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Günəşdə güclü partlayış baş verib

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

– 35 yaşınız oldu. Bu yaşa qədər bir çox nailiyyət əldə etmisiniz. Bu uğurlarda atanız,  iş adamı Araz Ağalarovun da rolu böyük olub. İndi biznesdə də, sənətdə də müəyyən uğurlarınız var.

– Hər dəqiqə nəsə öyrənməliyəm, amma bunu müəllim vasitəsilə etmirəm. Mənim adlı-sanlı atam var, ancaq biznesdəki ilk addımlarımı tək atmışam. Ondan məsləhət almırdım, bu, mənim üçün önəmlidir.

– 21 yaşınızda siz artıq idarəçi idiniz?

– 21 yaşıma qədər mənim artıq şəxsi biznesim var idi. Amerikada universitetdə oxuyanda saat və başqa əşyalar sataraq pul qazanırdım. Qazandığım pulun bir qəpiyini də xərcləmirdim, yığır, daha çox saat alır, satırdım. Sonra sayt açdım, özümə işçi götürdüm.

– Yəqin əmindiniz ki, biznesdə nə vaxt yıxılsanız, atanızın köməyi ilə ayağa qalxacaqsınız…

– Heç vaxt küçədə qalmaqdan qorxmamışam. Mən atamdan maddi dəstək istəməmişəm.

– Tərbiyənizlə atanız, yoxsa ananız daha çox məşğul olub?

– Məni anam tərbiyə edirdi: dərsdə otur, bunu etmə, siqaret çəkmə, ora getmə, evə vaxtında gəl. Hərəkətimdə nəsə atamın xoşuna gəlmirdisə, mənimlə danışmırdı. Sadəcə deyirdi: “Otaqdan çıxa bilərsən?”. Bu, hər şeyi başa düşməyimə kifayət edirdi.

– Ailənizdə hansısa adət-ənənə var?

– Biz Azərbaycan mətbəxini çox sevirik, ona görə də restoranlarımızın çoxunda bu yeməklərə üstünlük veririk. Ailəmizdə, məncə, adətlər yoxdur. Anam Bakıda doğulub, amma rusdur. Nənəm isə adət-ənənəyə çox əməl edir. Yanvarda onun yüz yaşını keçirəcəyik. Xatirələrini yazıb, onu kitab formasında təqdim edəcəyik. Əsas odur ki, bizim bir-birinə bağlı olan möhkəm ailəmiz var. Anamla bacım uzun illərdir Amerikada yaşayır, atam isə Moskvada. Həyat yoldaşım övladlarımla birlikdə gah Bakıda, gah da Londonda olur. Amma özəl bayramlarda bir araya gəlirik.

– Sizin əkiz oğlanlarınız var…

– Onlar Bakıda qalır. Hər həftə övladlarımı görməyə çalışıram. Onlarla istirahətə yollana bilmirəm, məktəbə gedirlər. Sonuncu dəfə avqustda istirahət etmişdik. Fransaya getmişdik, valideynlərim də gəlmişdilər. Uşaqlarımla istirahət edərkən telefonumu söndürüb çəkməcəyə qoyuram. Onlarla ən qayğısız vaxt keçirirsən. Bir-birləri ilə çox dalaşırlar. Deyirəm “dayanın”, məni eşitmirlər. Onları bir otaqda tək qoymaq mümkün deyil. Bu yaxınlarda yanlarında olanda dava etdilər. Dedim ki, vəssalam, futbol oynamağa icazə verməyəcəm. Başladılar ağlamağa. Səhəri onları qucaqlayıb, öpüb, könüllərini alıram.

– Belə halda atanızı daha yaxşı başa düşə bilərsiniz…

– Uşaq vaxtı sözə qulaq asan idim. Amma mənim üçün də maraqlı anlar çox idi. Məktəbdə oxuyurdum, uşaqlarla dərsdən çıxıb gedir, maşınların şüşəsini yuyur, qazandığım pulla siqaret, pivə alırdım. Bir dəfə atamın dostlarından birinin maşınının şüşəsini yudum. O da gedib atama dedi. Atam gəldi: “Biabırçılıq. Sən mənim oğlumsan”. Soruşdum: “Niyə mən sənin utancınam?”. Atamın cavabı belə oldu: “Çünki sən şüşə yuyursan, yola işıqfor yanmamış qaçırsan”. Həmin an düşündüm ki, ömür boyu atamın utancı olacam (gülür).

– Özünüzə çox şeyi icazə verirsiniz. Xüsusi arzunuz var?

– Çalışdığım sahələrdə yüksək uğurlar əldə etdiyimi düşünmürəm. Hər şey qarşıdadır. Biznesdə də, sənətdə də mən yolun başlanğıcındayam və startdayam. Hansı istiqamətə getmək lazım olduğunu da bilirəm.

Previous Post

“Maşınların şüşəsini yuyur, qazandığım pulla siqaret, pivə alırdım” – fotolar

Next Post

Dünya gözəlinin adı bəlli oldu – EKSLUZİV

Bənzər yazılar

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

23 Fevral 2026 - 18:57

Kaliforniya Universitetinin San-Fransisko kampusundan olan alimlər öyrənmənin əzbərləməkdən daha təsirli ola biləcək üsulunu müəyyən ediblər: əsas amil təkrarların sayı deyil,...

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

14 Fevral 2026 - 04:48

Avropa iqtisadçıları məşhur Breaking Bad serialında təsvir olunan psixoloji modelin real həyatda da mövcud olduğunu müəyyən ediblər. Elchi.az xəbər verir...

Next Post

Dünya gözəlinin adı bəlli oldu - EKSLUZİV

Dünya gözəlinin adı bəlli oldu - EKSLUZİV

Son xəbərlər

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

29 İyul 2026 - 21:57
Magistratura imtahanının nəticələri elan olunub

Magistratura imtahanının nəticələri elan olunub

29 İyul 2026 - 21:53
İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48
Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

Misirin Aralıq dənizi limanında qaz tankerinə PUA çırpılıb

29 İyul 2026 - 21:47
Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

Banqkokda yanğın qurbanlarının sayı 37-yə çatıb

29 İyul 2026 - 21:45
Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

Avstriyada uşaqlara sosial şəbəkələr qadağan edilir

29 İyul 2026 - 19:30
“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

“Qarabağ”ın sabiq qapıçısı Türkiyə klubunda

29 İyul 2026 - 19:26
Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

29 İyul 2026 - 19:16
Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

29 İyul 2026 - 19:09
Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

29 İyul 2026 - 18:57
Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

29 İyul 2026 - 18:50
Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

29 İyul 2026 - 18:41
Qəzzada 60 mindən çox uşaq yetim qalıb

Qəzzada 60 mindən çox uşaq yetim qalıb

29 İyul 2026 - 18:36
DİM magistraturaya qəbulun nəticələrini elan etdi

DİM magistraturaya qəbulun nəticələrini elan etdi

29 İyul 2026 - 18:26
Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.