Son günlər Dövlət Yol Polisi əməkdaşlarının sürücülərlə kobud davranmaları ilə bağlı şikayətlər nəzərəçarpacaq dərəcədə artıb. Bu qəbildən olan arzuolunmaz olaylardan biri isə Masallı rayonunda yaşanıb.
Başına gələnləri Savash.org-a danışan Masallı rayon sakini Aydın İslamov rayon DYP-nin kapitanı Şəmşir Kərimovdan şikayətçidir.
Şikayətçinin sözlərinə görə, idarə etdiyi avtomobili saxladan DYP kapitanı aralarındakı mübahisə zəminində onun sənədlərini, o cümlədən şəxsiyyət vəsiqəsini yerə tullayaraq tapdalayıb: “Bundan sonra mən şəxsiyyət vəsiqəmi yerdən götürmədən hadisə yerindən uzaqlaşdım, artıq neçə müddətdir ki, şəxsiyyət vəsiqəmin harada olmasından xəbərsizəm. Başıma gələnlərlə bağlı DİN-in 102 “qaynar xətt”inə və hüquq mühafizə orqanlıarına məlumat versəm də, bunun heç bir faydası olmayıb”.
O, pozulmuş hüquqlarının bərpasını və DYP əməkdaşı adına yaraşmayan davranış sərgiləyən kapitan Şəmşir Kərimovun cəzalandırılmasını istəyir.
Sonda onun videomüraciətini də diqqətinizə təqdim edirik.
İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf...
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə 2026-cı ilin tədbirlər planına uyğun olaraq Bakı şəhərinin Səbail rayonunda mülki müdafiə...
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 25-i saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar...
Son şərhlər