Son günlər Dövlət Yol Polisi əməkdaşlarının sürücülərlə kobud davranmaları ilə bağlı şikayətlər nəzərəçarpacaq dərəcədə artıb. Bu qəbildən olan arzuolunmaz olaylardan biri isə Masallı rayonunda yaşanıb.
Başına gələnləri Savash.org-a danışan Masallı rayon sakini Aydın İslamov rayon DYP-nin kapitanı Şəmşir Kərimovdan şikayətçidir.
Şikayətçinin sözlərinə görə, idarə etdiyi avtomobili saxladan DYP kapitanı aralarındakı mübahisə zəminində onun sənədlərini, o cümlədən şəxsiyyət vəsiqəsini yerə tullayaraq tapdalayıb: “Bundan sonra mən şəxsiyyət vəsiqəmi yerdən götürmədən hadisə yerindən uzaqlaşdım, artıq neçə müddətdir ki, şəxsiyyət vəsiqəmin harada olmasından xəbərsizəm. Başıma gələnlərlə bağlı DİN-in 102 “qaynar xətt”inə və hüquq mühafizə orqanlıarına məlumat versəm də, bunun heç bir faydası olmayıb”.
O, pozulmuş hüquqlarının bərpasını və DYP əməkdaşı adına yaraşmayan davranış sərgiləyən kapitan Şəmşir Kərimovun cəzalandırılmasını istəyir.
Sonda onun videomüraciətini də diqqətinizə təqdim edirik.
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 18-də Xətai, Xəzər və Yasamal rayonlarının elektrik...
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) "AHİK könüllüləri" layihəsinin iştirakçıları Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olublar. AHİK könüllüləri kitabxananın...
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Elchi.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb....
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub. Elchi.az xəbər verir ki, məsələ Milli Məclisin Səhiyyə komitəsinin 2026-ci ilin...
Son şərhlər