"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home FLƏŞ

“Masallı Mamed”in hökmü, yaxud keçmiş üskük oynadanın qətli necə açıldı

13 Noyabr 2014 - 12:28
in FLƏŞ, HADİSƏ MANŞET
FacebookVatsap

71683_res_01Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1963-cü il təvəllüdlü Səmədov Varis Məcid oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bunu da oxuyun

İsmayıllıda zəlzələ olub

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Virtualaz.org xəbər verir ki, prosesə hakim Əlövsət Abbasov sədrlik edir.  Söhbət açacağımız cinayət hadisəsi 23 avqust 1997-ci ildə baş verib. Həmin gün səhər saatlarında odlu silahla qətlə yetirilən Zülfüqar Ağalarovun meyiti Nəsimi rayon hərbi komissarlığının arxasında aşkar edilib.

İstintaqla müəyyən edilib ki, Varis Səmədov tanışı Eldar Əliyevin (2004-cü ildə Rusiyada yaşadığı evin qarşısnda güllələnib-red) idarə etdiyi VAZ 2106 markalı avtomaşınında olarkən metronun “20 Yanvar” stansiyası istiqamətindən Soltan Nəcəfovun idarə etdiyi avtomaşında əyləşən digər tanışı Zülfüqar Ağalarovun gəldiyini görüb. Zülfüqar Ağalarovdan borcunu geri istəmək məqsədilə maşını saxlatdırıb və söhbət etmək üçün onu öz əyləşdiyi avtomobilə dəvət edib. Pul məsələsi ilə bağlı aralarında mübahisə yaranıb.

Mübahisə zamanı “Makarov” tipli tapançadan Zülfüqara üç dəfə dalbadal atəş açıb. Daha sonra onun meyiti avtomaşınla gətirərək Nəsimi rayon Hərbi Komissarlığının arxasına ataraq hadisə yerindən qaçıb.

Qətl hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 95-ci (köhnə red.) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Varis Səmədovun cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilib, barəsində axtarış elan olunub.

Lakin Varis Səmədov (Rəşitov Həmid Məcidoviç) ad-soyadını dəyişdirdiyinə görə onun yaşadığı yeri müəyyən etmək mümkün olmayıb.  2002-ci ildə Varis Səmədovun əməlləri Cinayət Məcəlləsinin 95-ci maddəsindən Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddəsinə tövsif edilib. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Varis Səmədov 2002-ci ilin oktyabr ayında istintaqa gəlib və 1 saylı istintaq təcridxanasına yerləşdirilib.  2003-cü ilin fevral ayında Nəsimi rayon məhkəməsinin tərəfindən Varis Səmədovun barəsindəki həbs-qətimkan tədbiri ləğv olunub, qohumlarının nəzarəti altına verilməsi haqqında qərar qəbul edilib.

Ancaq sonradan təkrar məhkəmə-psixatrik ekspertizası təyin edilib və Bakı şəhər prokurorunun təqdimatına əsasən Səbael rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin tibb müəssisəsinə yerləşdirilməsi barədə qərar qəbul olunub. V.Səmədov istintaqdan gizləndiyi üçün ekspertiza keçirilməsi mümkün olmadığından onun barəsində axtarış elan edilib.

Bu ilin avqust ayında V.Səmədov istintaqa könüllü gəldiyindən cinayət işi üzrə icraat təzələnib və o, Səbael rayon məhkəməsinin 09.10.2009-cu il tarixli qərarına əsasən Bakı İstintaq təcridxanasına yerləşdirilib.

Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsində Varis Səmədov ona elan olunmuş itthamla özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs ifadəsində uzun illər Rusiyada yaşadığını, orada ailə həyatı qurduğunu göstərib. Bildirib ki, hərbi xidməti başa vurduqdan sonra Nijnivartovsk şəhərinə qayıdıb. Orada Raviyya Samedova ilə ailə həyatı qurub. 1985-ci ildə adam bıçaqladığıma görə 3 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan amnistiya aktına əsasən cəzadan azad olunub.

“1996-cı ilin əvvəllərində ailəmlə birlikdə Azərbaycana gəldim və Zülfüqar Ağalarovun qətlindən sonra yenidən Rusiyaya qayıtdım. O vaxtdan Eldar Əliyevi görməmişəm. Bir müddət sonra Eldarın Rusiyada (kriminal aləmə meylli olan, dəfələrlə məhkumluq həyatı yaşayan Eldar Əliyev 2004-cü ildə Rusiyada yaşadığı evin qarşısında qətlə yetirilib-red.) öldürüldüyünü eşitdim” Varis bildirib.

Təqsirləndirilən şəxs əslən Zəngilan rayonundan olan Zülfüqarla 8-ci km qəsəbəsindəki bazarda təsadüfən tanış olduqlarını, Zülfüqarın da onu kimi xırda alverlə məşğul olduğunu, hərdən Almaniyadan maşın gətirib satdığını deyib. Bildirib ki, alverə görə Zülfüqarla münasibətləri bir qədər soyumuşdu:  “Hadisə baş verən gün Zülfüqarı təsadüfən dostu Soltanın maşında keçdiyini gördüm. Maşını saxladıb söhbət etmək istədiyimi dedim. Zülfüqar borcla bağlı məsələ ilə danışarkən sərxoş olduğunu gördüm. Mübahisə zamanı qəflətən söyüş söydü, belindən tapança çıxarıb üstümə tutdu. Sonradan baş verənləri xatırlamıram. Hadisədən sonra metronun “Əzizbəyov” stansiyasının yaxınlığındakı səkidə özümə gələndə səhər açılırdı. Təxminən 3-4 gündən sonra Zülfüqarı öldürdüyümə görə polis tərəfindən axtarıldığımı eşidib inanmadım. Hadisə zamanı Zülfüqar üstümə silah çəkmişdi, ola bilsin həmin silahı alıb onu vurmuşam. Qorxumdan polislərdən gizlənirdim. Bir neçə gündən sonra qardaşımla əlaqə saxladıqda cinayət törətdiyimi dedi. Bundan sonra Rusiyanın Nijnevartovsk şəhərinə gedərək orada yaşadım. 2002-ci ildə qohumlarımın xahişi ilə Bakıya qayıdıb istintaqa hadisəni baş verdiyi kimi danışdım. Barəmdə olan cinayət işi xitam olunduqdan sonra xəstəliyimlə bağlı 2003-cü ildə Rusiyaya getdim. Amma 4-5 aydan sonra yenidən axtarışa verildiyimi eşitdim”.

Təqsirləndirilən şəxs ifadəsində ad-soyadını dəyişmək məcburiyyətdə qaldığını deyib: “2011-ci ilin fevral ayında yaşadığım ərazi üzrə müraciət edərək adımı və soyadımı dəyişib həyat yoldaşımın familyasını, adımı dəyişib babamın adını götürdüm. Rusiyada yaşadığıma görə isə oğlu sözünü çıxararaq “oviç”, yəni Rəşitov Həmid Məcidoviç adını qəbul etdim. 2012-cü ilin iyun ayının 18-də Azərbaycana da həmin sənədlə gəldim”.

Zərərçəkmiş şəxs qismində dindirilən Raziyə İmanova ifadəsində həyat yoldaşı Zülfüqar Ağalarovla 1992-ci ilədək Rusiya Federasiyasının Tomsk şəhərində yaşadıqlarını göstərib. Onun dediyinə görə, Zülfüqar həmin vaxtlar üskük oynatmaqla və xırda alverlə məşğul olurdu. Bakıya köçəndən sonra isə bir müddət ayaqqabı sexi işlədib, hərdən maşın alveri ilə də məşğul olub. Onların birgə nikahdan iki övladları dünyaya gəlib.

“Münasibətlərimiz normal olsa da Zülfüqardan nə soruşanda “sən qadınsan, öz işinlə məşğul ol, sənə nə lazımdır, çörəyin, suyun var, başqa nə ilə maraqlanırsan?” deyirdi. Ölümündən əvvəl axırıncı dəfə Zülfüqarı Soltanla evdən çıxanda gördüm. Son bir neçə gündə Zülfüqar maşınını satışa çıxardığından onu Soltan aparıb-gətirirdi. Hadisə baş verən gün gecə saatlarında Zülfüqar zəng vurdu, yolda olduğunu, indi gələcəyini dedi. Danışanda əlaqə kəsildi. Gecə saat 1-ə qədər gözləsəm də, gəlmədiyini görüb yatdım” zərərçəkən bildirib.

Raziyə İmanova ifadəsində deyib ki, ertəsi gün Zülfüqarın hazırda Rusiyada yaşayan qardaşı onun öldürüldüyü barədə məlumat verib. Sitat: “Bundan sonra köçkünlərin məskunlaşdığı yataqxanaya getdik. Həmin vaxt həyətə çoxsaylı adamlar yığışmışdı. Qaynatam həmişə Zülfüqarın arxasınca gileylənir, onun ətrafında olanların əksəriyyətinin cinayət aləmi ilə əlaqəli şəxslər olduğunu və bunun nəticəsinin yaxşı olmayacağını deyirdi. Yoldaşımı Varisin öldürdüyünü desələr də, səbəbini bilmirdim. Varisi əvvəllər həyətdə Zülfüqarla bir yerdə, bir də oğlunun ad günündə restoranda görmüşdüm. Deyib-gülən, danışan adam olduğundan Zülfüqarı onun öldürməsinə əvvəlcə inanmırdım. Amma Soltan orada olduğundan və məhz Varisin yoldaşımı öldürdüyünü deyəndə inandım. Varislə Zülfüqarın arasında söz-söhbət olmasını sonradan eşitmişdim. Nə Zülfüqarda, nə onun avtomobilində, nə də evimizdə silah, tapança olduğunu görməmişəm”.

Cinayət işi üzrə dindirilən şahidlər mərhum Zülfüqar Ağalarovun cinayət aləminə yaxın olan şəxs kimi tanındıqlarını göstəriblər. Şahid  Cürət Quliyevin istintaqa verdiyi ifadəsindən: “Zülfüqar əsasən pul mübahisələrinin həlli ilə məşğul olurdu. Onun öldürülməsini televizordan eşitmişəm. Tanışlarımın dediyinə görə, Zülfüqarı Varis öldürüb”.

Şahidin bildirdiyinə görə, 2002-ci ildə 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən cinayət aləmində “Masallı Mamed” kimi tanınan məşhur “vor zakon” Varisə xəbər göndərmişdi ki, ona görə camaatı incidirlər, gedib cavab verməlidir. Məhz bundan sonra Varis istintaqa təslim olub. “O, uzun müddət Maştağada xəstəxanada yatmışdı və xəstə olduğuna görə buraxılmışdı. Zülfüqarın Varisin pulunu götürüb qaytarmadığını 1997-ci ilin ortalarında “Masallı Mamed”lə Varisin arasında olan söhbətdən eşidib bilmişdim. Həmin söhbətdən bir-iki ay sonra isə Zülfüqarın öldürüldüyünü eşitmişdim” şahid bildirib.

Məhkəmənin  hazırlıq iclasında zərərçəkmiş tərəfin nümayəndəsi çıxış edərək iş materialları ilə tanış olmadığını deyib. Bu səbəbdən məhkəmə noyabrın 20-nə təxirə salınıb.

Previous Post

“Masallı Mamed”in hökmü, yaxud keçmiş üskük oynadanın qətli necə açıldı

Next Post

Qənirə Paşayeva Avrasiya İnstitutunda ermənilərə səsləndi

Bənzər yazılar

İsmayıllıda zəlzələ olub

İsmayıllıda zəlzələ olub

12 Fevral 2026 - 19:56

İsmayıllı seysmoloji stansiyasından 17 kilometr şimal-qərbdə - İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Milli...

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

iPhone 15 ABŞ satışlarında iPhone 14-ə qalib gələ bilmədi

02 May 2024 - 14:56

Consumer Intelligence Research Partners analitik şirkəti 2024-cü ilin birinci rübündə - yanvarın 1-dən martın 31-dək iPhone satışlarına yekun vurub. Siyahıya...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

18 Aprel 2024 - 11:00

Yaponiyada baş vermiş zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb. Elchi.az  xəbər verir ki, bu barədə NHK məlumat yayıb. Yaponiya ictimai televiziyası...

Next Post

Qənirə Paşayeva Avrasiya İnstitutunda ermənilərə səsləndi

Qənirə Paşayeva Avrasiya İnstitutunda ermənilərə səsləndi

Son xəbərlər

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

30 İyul 2026 - 23:54
Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

30 İyul 2026 - 23:51
ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

ABŞ İrana görə beş şirkəti “qara siyahı”ya salıb

30 İyul 2026 - 23:49
Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

30 İyul 2026 - 20:15
İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

30 İyul 2026 - 20:12
Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

30 İyul 2026 - 20:08
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

30 İyul 2026 - 20:05
Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

30 İyul 2026 - 20:01
Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

30 İyul 2026 - 19:57
Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

30 İyul 2026 - 19:33
Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

30 İyul 2026 - 19:30
Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

30 İyul 2026 - 19:27
Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

30 İyul 2026 - 19:25
İran Küveytdəki ABŞ bazasına hücum edib

İran Küveytdəki ABŞ bazasına hücum edib

30 İyul 2026 - 19:20
“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

30 İyul 2026 - 19:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.