Almaniya kansleri Fridrix Merz Avropa Komissiyasının Ümumdünya Ticarət Təşkilatından (ÜTT) kənar qlobal ticarət alyansının yaradılması təşəbbüsünü dəstəklədiyini bəyan edib.
Elchi.az xəbər verir ki, Almaniya Xarici və Topdan Ticarət Federal Birliyinin konfransında çıxış edən kansler Aİ-nin Asiyadakı tərəfdaşlar və regional birliklərlə ticarət əlaqələrini genişləndirmək və şaxələndirmək niyyətində olduğunu qeyd edib. “Mən həmçinin Avropa Komissiyasının təklif etdiyi, Aİ-nin güclü rolu və Kanada ilə sıx tərəfdaşlığı şəraitində həmfikir dövlətlərlə qaydalara əsaslanan ticarəti müdafiə edən, ÜTT-dən kənar alyansın formalaşdırılmasını dəstəkləyirəm”, — deyə Merz bildirib.
Bir qədər əvvəl Avropa Komissiyası azad ticarət əsasında Avropa və Asiya ölkələri arasında ticarət alyansının formalaşdırılmasını təklif etmişdi.
Məryəm





















