Qlobal hava sərnişin dövriyyəsi mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə 52,4 faiz artaraq COVID-19-dan əvvəlki səviyyənin 88 faizinə çatıb.
Elchi.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) mart ayı üçün qlobal ümumi sərnişin tələbi statistikasını özündə əks etdirən bazar təhlilini açıqlayıb.
Müvafiq olaraq, mart ayında dünya üzrə hava sərnişin axını artıb. Sərnişin daşımalarını təmsil edən ödənişli sərnişin kilometrləri (RPK) mart ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 52,4 faiz artıb. Beləliklə, mart ayında hər kilometrə düşən sərnişin gəliri 2019-cu ilin mart ayındaki səviyyənin 88 faizinə çatdı, bu, COVID-19 epidemiyasından əvvəlki dövr idi.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə hər kilometrə düşən sərnişin gəlirləri beynəlxalq səfərlərdə 68,9 faiz, daxili səfərlərdə isə 34,1 faiz artıb.
Çinin yenidən açılması və səyahət məhdudiyyətlərinin yumşaldılması daxili və beynəlxalq hava trafikinin bərpasını sürətləndirdi. Xüsusilə, Asiya-Sakit Okean regionunda daşıyıcıların beynəlxalq sərnişinlərinin sayında əhəmiyyətli artım müşahidə olunub.
Ödənişli sərnişin yürüşü aviasiyada ödənişli olaraq daşınan sərnişinlərin sayını uçuş məsafəsinə vurmaqla əldə edilir. Bu nəticə bütün ödənişli sərnişinlərin kilometrlərlə qət etdiyi məsafəni ortaya qoyur.
Şayəstə Hüseynova