Marketoloqdan tövsiyə: bunu edin qabağa düşün…

109

 

“Marketinq bir çox alətlərdən istifadə edərək, insanlarda hər hansısa məhsul və xidmətə qarşı maraq yaratma müddətidir. Daha sadə dillə desək, biznesimizi və  şəxsiyyətimizi “qabağa salan” elmdir. Bu sahədə əla olmağın ən vacib qaydası, araşdırmaq və qurdalamaq bacarığının olmasıdır. Bununla yanaşı, analiz etmək, insan psixologiyasına bələd olmaq da vacibdir”.

Elchi.az xəbər verir ki, bunu Faktmedia.az-a açıqlamasında rəqəmsal marketoloq, Təlimçi Le. Həşhim deyib.

Onun sözlərinə görə artıq 8 ildir ki, marketinq, xüsusilə rəqəmsal marketinq sahəsində çalışır və qazandığı  biliklərini kütlə ilə paylaşır:

“Öyrəndiklərimi, təcrübələrimi başqaları ilə bölüşmək, faydalı olmaq mənə müsbət təsir göstərir. Sosial media hesablarımda bunu təbliğ etməklə  yanaşı, təlim və vebinarlar vasitəsilə də  fayda verməyə davam edirəm. Təlimlərimdə iştirak edən şəxslər qısa müddətdə, asan üsulla, bir çox nəzəri və praktiki məlumatlara sahib olurlar. İşlərində tətbiq etdikləri halda isə biznes və brendləri birbaşa qabağa düşür”.

Havar Şəfiyeva