Polşadan Rusiyaya nota

111

Polşa Rusiyanın İrkutsk şəhəri yaxınlığında yerləşən “Rusiyada siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidənin” götürülməsi ilə bağlı Moskvaya nota verib.
Elchi.az xəbər verir ki, Polşanın Moskvadakı səfiri Krzysztof Krajewski, Rusiyanın İrkutsk şəhəri yaxınlığında yerləşən Rusiyada siyasi repressiya qurbanlarının xatirəsinə ucaldılan abidənin sökülməsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə mövzu ilə bağlı nota verdiklərini açıqlayıb.

Litva qurbanlarının xatirəsinə ucaldılan taxta xaçın da, Polşa abidəsinin də götürüldüyünü deyən Krayevski zülm qurbanlarını milliyyətinə görə ayırmadıqlarını, hər iki abidənin onlar üçün çox dəyərli və önəmli olduğunu bildirib.

Nuranə Məmmədova