"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Maqnit”in sahibi MTN-də “yüklənməsi”ndən danışdı

06 Yanvar 2017 - 08:32
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

DİN-in şəxsi heyəti Zəfər parkında olub

“Maqnit”in sahibi MTN-də “yüklənməsi”ndən danışdıÖlkəyə qaçaqmal gətirdiyinə göz yummaq üçün sahibkardan 250 min manat alıblar

 
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generallarının toruna düşən çoxsaylı iş adamlarından biri də “Maqnit” mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev olub. O, barələrindəki cinayət işi məhkəməyə göndərilən MTN generalları – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova  və qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verib. 
Deyib ki, 2015-ci ilin martında telefonuna zəng gəlib. Özünü MTN-in şöbə rəisi N.Alıyev kimi təqdim edən şəxs onu nazirliyə çağırıb: “Əvvəllər MTN-lə heç bir münasibətim olmayıb. Lakin 1992-1994-cü illər ərzində  Daxili İşlər Nazirliyinin Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyim zaman oranın rəisi Eldar Mahmudov olduğundan, Akif Çovdarovu və Hilal Əsədovu çox yaxşı tanıyırdım. Təxminən 4-5 gündən sonra Natiq Alıyev mənə yenidən zəng edərək MTN-ə gəlməyimi istədi. Onunla başqa yerdə – MTN-in binasının yanında olan ”Sultan” kafesində görüşməyə razılaşdım. O, nazirliyin 4-cü Baş İdarəsinin üzərinə ciddi tapşırıqlar qoyulduğunu bildirərək, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müəyyən miqdarda MTN-ə pul verməli olduğunu söylədi. Natiq Alıyevin dedikləri ilə razılaşmadım. Lakin sonradan ondan hansı miqdarda pul verilməli olduğu barədə soruşdum”.
S.Abdullayevin sözlərinə görə, N.Alıyev onun 500 min manat məbləğində pul verməli olduğunu deyib: “Həmin məbləğlə razlılaşmadım və ona 50 min manat pul təklif etdim. Bundan sonra Natiq Alıyev mənə hədə-qorxu gələrək qaçaqmalçılıq yolu ilə ölkəyə mal gətirdiyimi, 500 min manat məbləğində pul verməli olduğumu, verməyəcəyim təqdirdə problem yaradacağını, mağazalarımı bağlayacağını söylədi. Bu barədə vaxt istədim. Bir qədər sonra Natiq Alıyevə zəng vurub, 250 min manat verəcəyimi bildirdim. O da buna razı oldu və yenidən ”Sultan” kafesində görüşdük. Natiq Alıyev əvvəlcə pulu götürməyərək öz rəisi kimi təqdim etdiyi Füzuli Əliyevi çağırdı, 10 dəqiqədən sonra həmin şəxs də kabinetə daxil oldu. Mən hissə-hissə onlara 250 min manat verdim. Bundan başqa, Füzuli Əliyevlə görüşdüyüm zaman o, mənim ətrafımda müəyyən əməliyyat-texniki tədbirlərin keçirilməsi barədə məlumat verdi. Füzuli Əliyevin mənə təqdim etdiyi faktlardan sonra başa düşdüm ki, onlar telefon danşıqlarına qulaq asırlar”.
Zərərçəkmiş ifadəsində qeyd edib ki, hadisədən sonra bir neçə dəfə F.Əliyev ona zəng edərək, aylıq 10-15 min manat istəyib: “Lakin onun təklifi ilə razı olmayaraq, bu barədə telefon vasitəsilə bildirdim”.
İttiham aktında göstərilib ki, digər şahid qismində “Maqnit” mağazalar şəbəkəsinin baş mühasibi Natalya Rəhimova dindirilib. O, ifadəsində “Maqnit” mağazalar şəbəkəsinə 14 mağaza, anbar və mərkəzi ofis daxil olduğunu vurğulayıb: “Mağazalar şəbəkəsi fiziki şəxs Avdiyev İlqar Bayram oğlunun adına sənədləşdirilib və həmin şəxs rəsmi qaydada verdiyi VÖEN-ə əsasən vergi orqanlarında vergi ödəyicisi kimi qeydə alınıb. Şirkətin baş mühasibi kimi mən hər gün şəbəkəyə daxil olub, mağazaların satış nəticəsində əmələ gələn nağd pul vəsaitlərini qəbul etməklə həmin vəsaitləri müvafiq kassa hesablarına daxil etdirirəm. Şirkət İlqar Avdiyevin adına sənədləşdirilməsinə baxmayaraq, mağazalar şəbəkəsinin faktiki sahibi Abdullayev Seymur Azad oğludur”.
N.Rəhimova S.Abdullayevə onun göstərişi əsasında kassadan əvvəl 100 min, daha sonra 150 min manat verdiyini deyib: “Pul alınmasına dair tərəfimdən müvafıq kassa məxaric orderi tərtib edilib. 2015-ci ildə şirkətə məxsus 9 mağaza bağlanıb”.
İş üzrə məhkəmə prosesinin Yasamal Rayon Məhkəməsində keçiriləcəyi haqda məlumatlar var.
Previous Post

“Maqnit”in sahibi MTN-də “yüklənməsi”ndən danışdı

Next Post

Deputatlara “Ağ şəhər”dən mənzil verilməsi xəbəri yalan çıxdı

Bənzər yazılar

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39

Müdafiə naziri Zakir Həsənov, onun müavinləri və rəhbər şəxslər Zəfər abidəsini ziyarət ediblər. Elchi.az xəbər verir ki, nazirlik əməkdaşları xatirə...

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38

Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər...

DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37

Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti Zəfər parkında olub. Elchi.az xəbər verir ki, DİN əməkdaşları 44 günlük Vətən müharibəsində ölkənin...

Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36

Lerik rayonunda zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu...

Next Post

Deputatlara “Ağ şəhər”dən mənzil verilməsi xəbəri yalan çıxdı

Deputatlara “Ağ şəhər”dən mənzil verilməsi xəbəri yalan çıxdı

Son xəbərlər

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda Çindən ABŞ-yə aparılıb

27 Sentyabr 2026 - 11:41
Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38
DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37
Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

27 Sentyabr 2026 - 10:49
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

27 Sentyabr 2026 - 10:46
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr 2026 - 10:31
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29
Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

26 Sentyabr 2026 - 16:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.