Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) iyunun 13-də İsrailin İrana hücumları zamanı Natanz Nüvə Mexanizminin yeraltı hissəsində zərərin aşkar edildiyini bildirib.
Elchi.az xəbər verir ki, MAQATE-nin sosial media platforması X hesabında İsrailin hücum etdiyi İrandakı nüvə obyektləri ilə bağlı açıqlama verilib.
Açıqlamada qeyd olunub ki, MAQATE İsrailin 13 iyun hücumlarından sonra toplanan yüksək ayırdetmə qabiliyyətinə malik peyk görüntülərinin təhlilinə əsaslanaraq, Natanz Nüvə Müəssisəsində uranın zənginləşdirilməsinin yeraltı həyata keçirildiyi bölmələrinin hücumlardan birbaşa təsirləndiyini göstərən əlavə elementlər müəyyən edib.
Bundan əlavə, bəyanatda İsfahan və Fordodakı nüvə obyektlərinin statusu ilə bağlı heç bir dəyişiklik olmadığı bildirilib.
MAQATE-nin direktoru Rafael Mariano Grossi bildirib ki, İsrailin zərbələri Natanz Yanacaq Zənginləşdirmə Zavodunun yerüstü hissəsini məhv edib, lakin yeraltı hissəsinin fiziki hücuma məruz qaldığına dair heç bir əlamət yoxdur.
Nuranə Məmmədova


















