"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Manata nə olub?

10 Mart 2016 - 09:07
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Neft -dollar – manat üçbucağında son durum nə vəd edir…
Neft -dollar - manat üçbucağında son durum nə vəd edir...Vahid Əhmədov: “Neft gəlirləri kəskin artarsa, neftin qiyməti 50-60 dollara yüksələrsə, maaşların və pensiyaların artırılmasına yenidən baxmaq olar”; Vüqar Bayramov: “Neftin dünya bazarında qiyməti hələlik manata təzyiqi azaltmaq səviyyəsində deyil”

 
Azərbaycan iqtisadiyyatında son zamanlar bütün proseslər bu üç söz üzərində – neft -dollar – manat ətrafında cərəyan edir. Neftin ucuzlaşması ölkəyə valyuta daxilolmalarının həcmini azaltdı və manatın ucuzlaşması baş verdi. Güman olunurdu ki, neftin bahalaşması manata yenidən həyat verə bilər. Lakin son 3 gündə baş verən proseslər göstərdi ki, hələ ki manatı dollardan xilas etməyə neftin gücü çatmır. 
Belə ki, dünya bazarında neft bahalaşaraq 40 dollarlıq psixoloji həddi keçib. Son hərraclarda “Brent” neftinin qiyməti 41, 46 dollara yüksəlib. Hazırda Azərbaycan nefti də birjalarda 40 dollardan baha satılır. Manat isə əksinə olaraq , bu ay bir neçə dəfə cüzi də olsa ucuzlaşıb. Mərkəzi Bankın  4 mart tarixində müəyyənləşdirdiyi məzənnəyə görə, 1  dollar -1,6019 7 manat, 7 martda 1 dollar  – 1,6105 manat, 9 mart tarixində isə 1 dollar – 1,6228 manat olub.
Görünən odur ki, manat dollar qarşısında dəyər itirməkdə davam edir.
 
Bəs görəsən, neftin bahalaşması niyə manatın stabilləşməsinə gətirib çıxartmadı? Manatın ucuzlaşmasına səbəb olan amillər nələrdir? Dünyadakı hazırkı iqtisadi-siyasi mənzərəni nəzərə alsaq, neftin qiyməti bahalaşmaqda davam edəcəkmi? 
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, neft 50 dollara qədər bahalaşsa, bu manatın məzənnəsinin sabitləşməsi üçün əsas ola bilər: “Neftin bahalaşması müvəqqəti haldır. Ancaq neft ixrac edən bir ölkə kimi Azərbaycan üçün neftin bahalaşması xeyirli haldır. Neft nə qədər baha olsa, bir o qədər dövlət büdcəsinə əlavə vəsait cəlb etmək olar. Neftin bahalaşması həmçinin manatın dəyərdən düşməsinin qarşısını ala bilər. Qiymətin son bir həftədə 33 dollardan 41 dollara qədər yüksəlməsi bu mənada sevindirici  haldır. Lakin bunun daimi olacağını demək çətindir. Artıq İran nefti dünya bazarına çıxarılıb”.
Deputatın sözlərinə görə,  hasilatın azaldılması ilə bağlı söhbətlər də neftin qiymətinə təsir edir: “Bu yaxınlarda Rusiya da neft hasilatının azaldılması ilə bağlı  toplantı keçirdi. Əlbəttə, ümumi razılığa gəlmək mümkün olsa, neftin bahalaşması istiqamətində müəyyən proses baş verə bilər. Amma bu bir  qədər inandırıcı deyil. Prosesi izləmək lazımdır. Neftin qiyməti ilə bağlı hasilatçı ölkələrin mövqeyi əsas rol oynayacaq. Bu, onların hansı razılığa gələcəklərindən asılı olacaq. Hələlik ümumi qərar yoxdur, yalnız danışıqlar aparılır. Bu qiymət artımları isə o danışıqların nəticəsi olaraq ortaya çıxır. Neft birjaları o qədər həssasdır ki, istənilən məlumatlar neftin qiymətinə təsir göstərir. Bu qərarlar həm də siyasi proseslərdən asılı olacaq. Rusiya ilə bağlı ABŞ-ın mövqeyi də burada önəmli məsələdir. Mənim fikrimcə, mart ayında neftin qiyməti ilə bağlı müəyyən məsələlərə aydınlıq gətiriləcək”.
 
Məclis üzvünün sözlərinə görə, neft bahalaşsa, dövlət büdcəsinə yenidən baxılması mümkündür: “Büdcəyə yenidən baxmaq elə də ciddi problem deyil. Bizim elə layihələrimiz var ki, büdcədə neftin qiymətinin aşağı həddə salınması ilə bağlı saxlanıldı. Neft gəlirləri kəskin artarsa, neftin qiyməti 50-60 dollara yüksələrsə, həmin layihələrə yenidən baxmaq olar. Buraya sosial layihələrə, əmək haqqı və pensiyaların artırılması da daxildir. Bu məsələlərə də yenidən baxıla bilər. Ancaq neftin qiyməti 40-45 dollar arasında qalarsa, bu baş verməyəcək”.
İqtisadçı ekspert Vüqar Bayramov isə bildirdi ki, neftin dünya bazarında qiyməti hələlik manata təzyiqi azaltmaq səviyyəsində deyil: “Təbii ki, neft bahalaşıbsa, bu, manatın möhkəmlənməsi baxımından müsbət haldır. Söhbət yalnız psixoloji həddi keçməkdən gedir. Nəzərə alsaq ki, Azərbaycan hökuməti psixoloji həddi 40 dollar müəyyənləşdirmişdi, o zaman neftin dünya bazarındakı qiymətinin 40 dollardan yüksək olması manat üçün müsbət haldır. Lakin hələlik milli valyutamızın möhkəmlənməsinə təsir edəcək səviyyədə deyil. Neftin qiyməti təxminən 70 dollardan yüksək olduğu zaman manatın məzənnəsi üçün həlledici ola bilər. O zaman manata olan təzyiqlər azalar və manatın məzənnəsi stabilləşər”.
Ekspertin sözlərinə görə, indiki məqamda manata təzyiq yüksək olaraq qalmaqdadır: “İndiki dövrdə neftin dünya bazarındakı qiymətinin 40 dolları keçməsinə baxmayaraq, dollara tələbat yüksəkdir. Bu gün manatın zəifləməsinin də əsas səbəbi dollara tələbatın artmasıdır. Dollara tələbin artmasının da iqtisadi və psixoloji tərəfləri var. İqtisadi səbəb ondan ibarətdir ki, yanvar və fevral aylarında idxalın azalması, fevral ayının sonunda idxalın stabilləşməsi və ölkəyə daxil olan   məhsulların həcminin müqayisəli şəkildə artması dollara tələbatı artırır. Çünki idxal dollara tələb deməkdir və idxalın artması tələbatı artırır.  İdxalla məşğul olan sahibkarlar bazarda dolları formalaşdırırlar.
Manatın ucuzlaşmasının digər səbəbi isə Mərkəzi Bankın dollara olan tələbi tam olaraq ödəyə bilməməsidir. Mərkəzi Bank qeyd edir ki, qrafikə uyğun olaraq hərraclara valyuta çıxarır. Ancaq mövcud qrafik Mərkəzi Bankın dollara olan tələbi ödəməsi üçün yetərli deyil. Bəzi hərraclarda bankların sifarişləri Mərkəzi Bankın təklifindən çox olur. Bu səbəbdən manatın məzənnəsində azalmalar baş verir”.
 
V. Bayramov onu da vurğuladı ki, manatın məzənnəsinə təsir göstərən digər faktorlardan biri də psixoloji faktorlardır: “Mərkəzi Bankın çox pozitiv açıqlamaları belə, manatın məzənnəsinə təsir göstərmir. Mərkəzi Bankın sədrinin son açıqlamasından  sonra manat hər gün əvvəlki günə nisbətən dəyər itirir. Bu da sözsüz ki, psixoloji faktorla bağlıdır.
Mərkəzi Bankın valyuta ehtiyatlarının azalmaqda davam etməsi və artıq 4 milyarda yaxınlaşması da bazara təsir göstərir. Bu da bazara təsir edir və manata təzyiqləri artırır.
Hazırda dollara tələb artıb. Çünki idxal-ixracla məşğul olan sahibkarlar dollar istifadə edir, həmçinin yığımda da dollara üstünlük verilir. Bu tələbin ödənilməsində də çətinlik qalmaqdadır”.
 
İqtisadçının fikrincə, neftin qiyməti artmaqda davam edərsə və bir barelinin qiyməti 70 dollar ətrafında stabilləşərsə, bu,  manatın məzənnəsinin stabilləşməsinə gətirib çıxara bilər: “Neftin hazırkı qiyməti manatın sabitləşməsi üçün yetərli deyil. İndiki halda neftin bahalaşmasının həm iqtisadi, həm  də psixoloji səbəbi var. İqtisadi səbəbi odur ki, ABŞ hasilatı azaldıb və hasilatın aprel ayında gündəlik olaraq 100 min barel azaldılacağı ilə bağlı açıqlama verilir. Bu da  bazara təsir göstərir və qiymətlərdə artım baş verir. Eləcə də OPEK ölkələri hasilatın dondurulması ilə bağlı qərar qəbul edilməsi haqda müzakirələr aparırlar. OPEK-in Qətərdə yeni bir toplantısının keçiriləcəyi proqnozlaşdırılır. Bu görüşdə də hasilatın dondurulması məsələsinin müzakirə olunacağı gözlənilir. Düzdür, hasilatın  dondurulması heç də hasilatın  kəskin azalması deyil, lakin bunun da bazara təsiri var. Bu artıq bazara bir siqnaldır ki, hasilat artmayacaq. Bazar da bu siqnala qiymətlərin artması ilə cavab verir”.
 
Vüqar Bayramov onu da dedi ki, neftin qiymətinin hansı səviyyədə artacağı isə OPEK-in qəbul edəcəyi qərardan asılıdır: “ OPEK mart ayında hasilatın azaldılması ilə bağlı qərar qəbul edərsə, o  zaman bu, qiymətlərin yenidən bahalaşmasına gətirib çıxara bilər. Təbii ki, biz əvvəlki qiymətlərin qayıdacağına inanmırıq. Bu real görünmür. Ancaq təbii ki, qiymətlərin 60-70 dollar civarında stabilləşməsi mümkündür. Əgər OPEK hasilatın azaldılması ilə bağlı qərar qəbul edərsə, bunun reallaşması mümkündür. Ancaq OPEK hasilatı azaltmazsa, neft bahalaşmayacaq. Bu baxımdan, neftin qiymətinin hansı istiqamətdə formalaşması OPEK-in qərarından asılıdır”.
Previous Post

Manata nə olub?

Next Post

Bakı dünyanın dörd paytaxtından biri olacaq

Bənzər yazılar

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

Fransa miqrant böhranı fonunda İspaniya ilə sərhəddə təhlükəsizliyi gücləndirir

31 İyul 2026 - 21:53

Fransa Prezidenti Emmanuel Makron Seutaya miqrantların genişmiqyaslı axını fonunda İspaniya ilə sərhəddə təyyarələr və pilotsuz uçuş aparatları yerləşdirmək barədə göstəriş...

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

CENTCOM İranın Hörmüz boğazının bağlanması ilə bağlı bəyanatlarını təkzib edib

31 İyul 2026 - 20:55

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran hakimiyyətinin Hörmüz boğazının bağlanması ilə bağlı növbəti bəyanatını təkzib edərək, beynəlxalq dəniz yolunun...

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

31 İyul 2026 - 20:53

Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Elchi.az -  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib....

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

Azərbaycan xüsusi təyinatlıları “Zülfüqar-2026” təlimini uğurla tamamladı

31 İyul 2026 - 19:08

İordaniyada Azərbaycan, Pakistan, Türkiyə və bu ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə keçirilən "Zülfüqar - 2026" birgə taktiki təlimi başa...

Next Post

Bakı dünyanın dörd paytaxtından biri olacaq

`Müharibələrə hazır olun` - Corc Fridman

Son xəbərlər

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Azərbaycan dili və əlifbası günüdür

Azərbaycan dili və əlifbası günüdür

01 Avqust 2026 - 00:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.