Malayziyada şiddətli daşqınlar səbəbindən təxminən 11.000 nəfər müvəqqəti yaşayış mərkəzlərinə təxliyə edilib.
Elchi.az xəbər verir ki, bu barədə “Bernama” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, krallığın evakuasiya edilmiş sakinlərinin sayı 10 922 nəfərdir. Fəlakətdən ən çox zərər çəkən ştatlar 8248 nəfərin təxliyə edildiyi Kelantan, Perak (900 nəfər), Perlis (811) və Kedah (388) olub. Krallığın səlahiyyətliləri qurbanlar üçün ən azı 65 müvəqqəti təxliyə mərkəzi yaradıblar.
2024-cü ildə Malayziyaya təsir edən daşqınlardan dəyən ziyan 933,4 milyon ringgit (225 milyon dollar) təşkil edib ki, bu da ölkənin ÜDM-nin 0,05%-nə bərabərdir.
Məryəm





















