Fransa prezidenti Emmanuel Makron Ukrayna Silahlı Qüvvələrinə yardım olaraq hərbi təyyarələrin tədarükünə can atmaq niyyətində olduqlarını bildirən Ukrayna hakimiyyətinin bəyanatlarına münasibət bildirib.
Elchi.az xəbər verir ki, Makron Hollandiyanın baş naziri Mark Rutte ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib:
“Biz heç nəyi istisna etmirik”.
Daha əvvəl ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Amerika mətbuatı üçün yazdığı köşə yazısında prezident Zelenskinin Rusiyadakı hədəflərə qarşı istifadə etməmək öhdəliyini imzalaması müqabilində ABŞ-ın Ukraynaya F-16 döyüş təyyarələri verə biləcəyini irəli sürmüşdü.
Makron mətbuat konfransında həmçinin bildirib ki, Ukrayna Rusiya Federasiyasının ərazisinə ona verilən silahlardan zərbə endirməməlidir.
Yeganə