“İstəyənlərin koalisiyası” Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.
Elchi.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
“İstəyənlərin koalisiyası atəşkəs əldə olunarsa, Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır”, – deyə Fransa lideri bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin qeyd etmişdi ki, ərazi müqabilində Ukrayna üçün təhlükəsizlik zəmanəti məsələsi müzakirə olunmayıb. Onun sözlərinə görə, Ukrayna öz təhlükəsizliyini təmin etmək üçün sistem seçmək hüququna malikdir. O, həmçinin vurğulayıb ki, bir dövlətin təhlükəsizliyi digər dövlətin təhlükəsizliyi hesabına təmin oluna bilməz.
Yeganə





















Son şərhlər