Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Elchi.az-a bildiriblər ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının Xətai və Abşeron rayonları ərazisində keçirdikləri növbəti reydlər zamanı 2 mağazadan müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik 8500 ədəd partlayıcı pirotexniki vasitələr aşkarlanaraq götürülüb.