Macarıstan xalqı Rusiyaya tətbiq edilən sanksiyalara qarşıdır

34

Macarıstanda hökumətin təşkil etdiyi sorğuda iştirak edənlərin 97 faizinin Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qarşı olduğu bildirilib.

Elchi.az xarici mediaya istinadən xəbər verir ki, Macarıstan hökumətinin sözçüsü Aleksandra Szentkiralyi deyib ki, hökumətin oktyabrın 14-də Rusiyaya qarşı sanksiyalarla bağlı “Milli Məsləhətləşmə” adı altında keçirdiyi sorğuda təxminən 1 milyon 400 min insan iştirak edib.

Rusiyaya qarşı sanksiyaların müharibəni dayandırmadığını, əksinə Avropada fövqəladə iqtisadi problemlər yaratdığını qeyd edən Szentkiralyi, macarların xüsusilə neft, təbii qaz və nüvə enerjisi sanksiyalarına qarşı olduqlarını bildirib.

Macarıstanın Aİ-də ictimaiyyətə sanksiyalarla bağlı sual verən ilk ölkə olduğunu ifadə edən Szentkiralyi bildirib ki, Milli Müşavirəyə cavab verənlərin 97 faizi Rusiyaya qarşı olan sanksiyaları rədd edir.

Hökumətin təşkil etdiyi sorğuda Rusiyaya qarşı neft, təbii qaz, xammal, nüvə yanacağı və turizmlə bağlı sanksiyalara dair 7 sual yer alıb.

Müxalifət partiyaları Macarıstanda iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda hökuməti məsuliyyəti öz üzərinə götürmək əvəzinə yalançı təbliğata milyardlarla vəsait xərcləməkdə ittiham edirlər.

Yeganə