Macarıstanın xarici işlər naziri Peter Szijyarto bildirib ki, ölkə Ukraynaya 100 milyard avroluq yardım fonduna investisiya qoymağa hazır deyil.
Elchi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansının bir sıra digər ölkələri də Kiyevə hərbi yardım fondunun yaradılması ideyasına qarşı çıxıblar.
Qeyd edək ki, Bloomberg daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberqin Ukrayna Silahlı Qüvvələrinə yardım fondunun yaradılması və Kiyevə silah tədarükünün koordinasiyası üçün təmas qrupunun rəhbərliyini alyansın nəzarəti altına keçirmək təşəbbüsü ilə çıxış etmək planları barədə məlumat vermişdi. .
Alyansa üzv olan bir çox ölkələr maliyyə vəsaitlərinin toplanması mexanizmi ilə bağlı qeyri-müəyyənlik səbəbindən baş katib Stoltenberqin təşəbbüsünə şübhə ilə yanaşıblar.
Havar Şəfiyeva