Elchi.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri müxtəlif sahələrdə əməkdaşlıqdan danışıb.
Macarıstanın xarici işlər naziri Peter Szijjarto Belarusun xarici işlər naziri Sergey Aleynik ilə telefon danışığı keçirib və Budapeştin Minsklə sanksiyaların təsirinə məruz qalmadığı sahələrdə iqtisadi əməkdaşlığı davam etdirmək niyyətini təsdiqləyib.
Szijarto sosial şəbəkələrdə yazıb: “Belarusun yeni xarici işlər naziri Sergey Aleyniki yaxşı tanıyıram, çünki o, əvvəllər nazir müavini işləyib”.
Nazir Ukraynadakı münaqişənin uzadılmasının Macarıstanın milli maraqlarına zidd olduğunu vurğulayıb, həmçinin diplomatik kommunikasiya kanallarının açıq saxlanmasının vacibliyini qeyd edib.
“Szijyartoya görə, “biz iqtisadiyyatın sanksiyalardan təsirlənməyən sahələrində, əsasən əczaçılıq sənayesində, tibbi cihazlar və kənd təsərrüfatı sahəsində əməkdaşlığı davam etdiririk”.
Şayəstə