Macarıstan prezidenti Tamaş Szújok İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya edib. Elchi.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Qəzet qeyd edir ki, “Vaşinqtonda üzvlük sənədlərinin saxlanması kimi qalan rəsmiləşdirmələr çox güman ki, tezliklə tamamlanacaq”.
Fevralın 26-da Macarıstan parlamenti yaz sessiyasının ilk iclasında baş nazir Viktor Orbanın hakim Fides partiyasından maneələri aradan qaldırdıqdan sonra Stokholmun NATO blokuna daxil olmasını təsdiqləyib.
Qeyd edək ki, martın 2-də Macarıstan parlamentinin sədri Laszlo Köver İsveçin Şimali Atlantika Alyansına üzvlüyünün ratifikasiyasını imzalayıb.
Havar Şəfiyeva