Macarıstan anti-Rusiya sanksiyalarından şikayətlənib

90

Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto bildirib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Avropanı daha yüksək qiymət ödəməyə məcbur edir. Elchi.az xəbər verir ki, RİA Novosti onun sözlərinə istinadən məlumat yayıb.

Alma-Atada keçirilən ikinci Avropa İttifaqı-Mərkəzi Asiya İqtisadi Forumunda çıxışı zamanı Szijarto anti-Rusiya məhdudiyyətlərindən şikayətlənərək, bunun Rusiyadan çox Qərbə zərər verdiyini deyib. O, sanksiyalar təzyiqinin azaldılmasına çağırıb və qeyd edib ki, Avropa son illərdə inanılmaz iqtisadi çətinliklərlə üzləşib.

Qeyd edək ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirmişdi ki, daxili enerji qiymətlərini dəyişəcəyi və inflyasiyanı stimullaşdıracağına görə, ölkə Avropa İttifaqının Rusiyanın nüvə enerjisinə qarşı bütün sanksiyalarına veto qoyacaq.

 

Havar Şəfiyeva