Mərakeş sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batması nəticəsində 6 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Mərakeş İnsan Haqları Dərnəyindən verilən yazılı açıqlamada ölkənin cənubundakı Daxla vilayətinin sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın batdığı bildirilib.
Açıqlamada Kanar adalarına gedən qayıqda neçə nəfərin olduğu barədə dəqiq məlumatın olmadığı bildirilib.
AA müxbirinə danışan Mərakeş İnsan Haqları Dərnəyinin Hənifra əyalətindəki rəsmisi Mohamed Zendur, qeyri-qanuni miqrantları daşıyan qayığın 24 iyul bazar ertəsi günü batdığını və indiyə qədər 6 nəfərin cəsədinin tapıldığını qeyd edib.
Cümə günü, iyulun 21-də Mərakeş sahillərində nizamsız miqrantları daşıyan qayığın qayaya çırpılması nəticəsində 6 nəfər həyatını itirib.
Şayəstə Hüseynova