"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`Mən ağladım, atamın gözündən yaş gəldi` – Güldürən aktyorun ağladan hekayəti

04 Avqust 2016 - 13:37
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Çoxunuz yəqin ki, bu akyoru təkcə oynadığı rollarına görə deyil, balaca boyuna və müsbət enerjili, gülərüz simasına görə tanımısınız. Ancaq bu boyun, bu simanın arxasındakı istedadlı, fədakar, böyük ürək sahibi olan insan haqqında bəlkə də heç nə bilməmisiniz.

Elə bizə də sağlığında onunla görüşmək, söhbətləşmək qismət olmadı… Aktyor, rejissor Arif Qasımovu yalnız ölümündən bir müddət keçdikdən sonra ailəsi ilə görüşüb, söhbətləşməklə yad etdik və daha yaxından tanıdıq.

Arif Qasımov 1950-ci ildə Bakıda anadan olub. 1968-ci ildə orta məktəbi bitirib. 3 il sonra, 1971-ci ildə Mədəni Maarif Texnikumuna, ardınca 1975-ci ildə İncəsənət İnstitutuna daxil olub. Təhsilini daha sonra Moskvada Ali Rejissorluq Kursunda davam etdirib. Ağasadıq Gəraybəyli ilə Cahangir Mehdiyevin “Diplom işi” filmində çəkilib. Üç il Gənc Tamaşaçılar Teatrında işıqçı olan Arif Qasımov uzun illər AzTV-də rejissor işləyib. İndiyə kimi 38 filmə çəkilib. Rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi televiziya tamaşalarında, “Yoxlama” filmində və “Mozalan” satirik kinojurnalında yaddaqalan rollar ifa edib. “Dağlı çörəyi” adlı film və silsilə verilişlərdə rejissorluq edib. Ömrünün son illərində “Uşaq və Gənclər” redaksiyasında çalışıb.

Uzun illər ürək-damar xəstəliklərindən əziyyət çəkən Arif Qasımov öd kisəsindən əməliyyat olunmuşdu. 7 mart 2016-cı ildə sənətkarın vəziyyəti qəfildən pisləşdiyindən komaya düşdü və bir qədər sonra dünyasını dəyişdi.

AzVision.az aktyorun həyat yoldaşı Sevil xanım və qızı Nigar Qasımova ilə söhbətləşib.

– Bizə çox çətindir,- deyir Sevil xanım,– Düzdür, Arif neçə il idi ki, xəstə idi, ancaq yenə də ayaq üstə idi, yataqda yatmırdı. İşdən sonra aparıb, gəzdirirdim. Evin içində isə divardan tuta–tuta gəzirdi. Demək olar ki, təzyiqi də yox idi. Həmin axşam da onu gəzdirib evə gətirdim. Hər şey yaxşı idi, deyib gülə-gülə yatdıq. Səhər saat 5-də bir də gördüm, “Sevil, Sevil yıxılmışam”,- deyə məni çağırır. Gözümü açıb gördüm ki, yerdədir, çabalayır. Nigarla onu qaldıra bilmədik. Qonşuları köməyə çağırdıq. Onların köməkliyilə yatağa uzatdıq. Təcili yardım çağırdıq. Sən demə, onu ikinci dəfə insult vurub, bir tərəfi tutulubmuş, ona görə qalxa bilmirmiş. Səhər saat 5-dən axşam saat 7-yə kimi yataqda çabaladı. Təcili yardım çağırdıq. Nigarla yatağın yanında dayanırdıq ki, yıxılmasın.

Axsam 7-dən sonra komaya düşdü. Qızıma deyirdim ki, Nigar, atan komada olsa da, hər şeyi eşidir. Get, atanla söhbət et. Arifin yanında oturub danışırdım, bilirdim ki, eşidir. Qızım deyir ki, ana, mən ağladım, atamın gözündən yaş gəldi. Rəhmətə gedənə kimi başının üstündə durub danışırdıq, halallaşırdıq ki, bu dünyadan narahat getməsin. Nigar başının üstündə dayanıb bir neçə dua oxudu. Duanın axrıncı sözü bitən kimi keçindi. Əli də Nigarın əlində idi. Qızım dedi ki, ana, ataya nə isə oldu. Dedi, ata əlimi sıxıb, buraxdı. Sən demə, keçinibmiş…

Lap birinci dəfə, yeddi ildən bəlkə də bir az artıq müdətdə onu insult vurdu. İşdən gəlib gördüm ki, bir cür danışır. Dedim Arif, aydın danışımırsan axı. Deməli, bunu insult vurubmuş. Müalicəsi gedirdi. 5 ilə yaxın olardı ki, daha işləmirdi . Vəziyyət tədricən dəyişdi. Mən Allaha şükür edirəm ki, evin içində özünü dolandıra bilirdi. Mən də, qızım da işləyirdik. Termosda çay, xörək qoyurdum yanına. Özü durub, götürüb istifadə edirdi. Yəni özünü idarə edirdi. Ona deyirdim ki, Arif bir az kitab çox oxu ki, beynin yatmasın. Nizaminin, Füzulinin qəzəllərini əzbər bilirdi. Gündə iki dəfə: 12-də və 4-ün yarisi mənə, iş yerimə zəng edirdi. Soruşurdum, Arif, kitab oxudun? Deyirdi, hə..

– İncəsənət adamlarının işi çox çətindir. Bəzən rol alırlar, bəzən isə kənarda qalırlar… Təbii ki, bu cür situasiyalar sonradan özünü onların səhhətində göstərir.

Sevil xanım: -Elə bir şey baş verməmişdi. O, daha çox rejissor kimi çalışırdı. Aktyorluğa dəvət edəndə gedirdi. Fikir eləmirdi ki, bunu çağırmayıblar. Çünki əsas işi aktyorluq deyildi. Arada işdə vəziyyət çətin oldu. Görünür, onun fikrin eləyirdi. Ancaq şikayət edən insan deyildi.

– Bacısı, qardaşı var idimi?

Sevil xanım: – Bacısı da, qardaşı da rəhmətə gediblər. Onların qəfildən rəhmətə getməsi də ona təsir etdi. İlk dəfə insult vurması o dövrdə oldu. İki qardaş, bir bacı idilər. Və çox mehriban idilər. Qardaşı görünüşdən soyuq görünürdü, ancaq deyəndə ki, Arif xəstələnib, onun gözlərində bir məhəbbət yaranırdı. Arif ən kiçikləri idi. Sağ olsaydılar, Arifin yoxluğuna dözə bilməzdilər. Qohum-əqrabası onu çox istəyirdi. Atası maştağalıdır, ancaq Bakıda böyüyümüşdülər.

– Bu insan sırf incəsənət üçün yaranmışdı elə bil. Onu hansısa başqa bir sahədə təsəvvür edə bilmirəm. Yəqin ki, bu istedad ona ailədən, gendən gəlib…

Sevil xanım: – Yox, onun atası mənə həmişə deyirdi ki, bilmirəm bu, kimə oxşayıb. Onların tayfasının yarısı həkimdir, yarısı isə müəllim. O, heç kimə oxşamayıb. Səkkiz yaşında onu Yaşar Nuri telestudiyaya gətirib. “Buratino” rolunda oynayırdı. Cavnalıqda kloun olmaq istəyirmiş. Sirkin direktorunun yanına gedib. Atası da həkim idi. Sirkin direktoru da atasının xəstəsi olub. Arif gedib, direktor deyib ki, filan gün gələrsən. Və atasına deyib ki, oğlun gəlmişdi, mən onu götürmək istəyirəm. Atası deyib ki, götürmə. Arif də gedəndə direktor bildirib ki, incimə, atan xahiş etdi ki, götürməyim səni. O vaxtlar böyük-kiçik arasında o qədər pərdə olub ki, nə Arif atasına deyib ki, niyə icazə vermədin, nə də atası deyib ki, niyə ora getmişdin. Bu söhbət onunla qurtarmışdı. Ancaq içindəki istək onu yenidən İncəsənət İnstutuna gətirmişdi.

Nigar Qasımova: – Bir dəfə ondan niyə kloun olmaq istəməsini soruşdum. Dedi ki, bacararam da onu, burada nə var ki? Həmişə deyirdi ki, “Paris Notrdam kilsəsi”ndəki Qozbeli oynamağı çox istəyir. Rejissor Vaqif Mustafayevin bütün filmlərində çəkilib. Atam elə bir aktyor idi ki, filmə görə qiymət demirdi. Özünə yaraşdırmırdı . Deyirdi ki , mən ya oyanyıram, ya da oynamıram. Evdə bir qəpik pulu olmasa da, heç vaxt qiymət danışmazdı. Hər baxımdan ciddi adam idi.

Sevil xanım: Mən də bilirdim ki, kimə gedirəm. Bilirdim ki, incəsənət adamında heç vaxt pul olmayıb. Bəlkə 20 yaşında getsəydim, fikirləşərdim bunu. Əsas odur ki, insanla evin içində dolana biləsən, marağın olsun söhbət etməyə. Nədən söhbət etsən, o adam davamını gətirirdi. Çox oxumuşdu.

Qızım da bu sənətə getmək istəyirdi. Mən qoymadım. Nigar musiqi məktəbini bitirib. Səsi də var. Muğama getmək istəyirdi. Ancaq onu incəsənətdən uzaqlaşdırdım. Arif həmişə onu muğam məşqlərinə aparırdı.

– Nigar, Arif Qasımovu ata kimi necə xarakterizə edərsən?

Nigar Qasımova: – Ata elə bir insan idi ki, böyük ilə böyük kimi, kiçik ilə kiçik kimi davranırdı. Yumşaq xasiyyətli idi.

Sevil xanım: Yadımdadır, Nigarla zarafatla dublyajlar edirdilər, birlikdə karaoke oxuyurdular. Hər yerə Arif aparırdı onu, bir tamaşa, tədbir qalmırdı. Çox həvəsli idi uşağa qarşı. Deyirdim ki, Arif, bu, uşaqdır, sən də qoşulmusan ona. Axrıncı günüə kimi sənətinə çox həvəskar idi, çox. Ancaq axrıncı günlər ona bir az diqqət olmadı. Düzdür, AzTV mütəmadi diqqət yetirirdi. Ancaq bir aktyor kimi yada düşmədi. Gözü yolda idi. Rejissor Ramiz Həsənoğlu, Adil İlşad hərdən bizə zəng vururdular.

– Həmidə Ömərova ilə yaxın dost idilər, bəs o necə, dəfninə gəldimi?

– Gəlmədi. Ola bilər, ezamiyyətdə idilər. Səidə Quliyeva, Həmidə Ömərova, bir də Arif çox istəyirdilər bir-birlərini. Onlar gəlsəydilər, Arif çox sevinərdi. Nuriyyə Əhədova da Arifi çox istəyirdi. “Space”də Arifin ad gününü qeyd edirdilər. Nuriyyə xanım oynayırdı, sonra gəlib Arifin qulağına nə isə deyirdi. Soruşdum ki, Arif, Nuriyyə xanım nə deyirdi elə? Dedi, “Arif sənə görə oynayıram ha”,- pıçıldayır. İndi həyat o qədər çətin olub ki, görüşə bilmirdilər. Onları da qınamıram.

– İş təklifi var idimi?

– İş təklifi gözləmirdi. O, xəsətələnmişdi, çətin yeriyirdi deyə, İTV–dən gələn film çəkilişinə də razılaşmadı. Zəng etdilər, dedi ki, yox, çəkilə bilmərəm. Ən axrıncı səhnəyə çıxmağı Yaşar Nurinin 60 illiyində oldu. “Dədə Qorqud” tamaşasında balaca bir rol oynadı. Məşqlərə onu Nigar aparırdı.

– Eyni zamanda gözəl rəqs edirdi. Bir neçə filmdə də bu bacarığını göstərmişdi.

Sevil xanım: – İndi qızı toyda rəqs edəndə inanırsınızmı ki, hamı dayanıb, tamaşa edir. Atası ilə toyda həmişə bir yerdə rəqs edirdilər. Dəhşət həvəsli idi oynamağa. Arif özü öyrənmişdi, rəqs məktəbinə getməmişdi.

– Sizin Arif bəylə yolunuzun birləşməyindən danışaq…

Sevil xanım: – Biz çox gec ailə qurmuşuq. 1992-ci il idi, Arifin o zaman 42, mənim isə 40 yaşım var idi. Biz nikaha gedəndə dedilər ki, bir-birinizi haradan tapmısınız? Heç birimiz əvvəlcə ailə qurmamışdıq. Bizi dostlarımız tanış elədilər. Cavan qızlar həmişə fikirləşirdi ki, beləsinə gedərəm, eləsinə gedərəm. Mənim üçün ən vacibi o idi ki, mədəni adam olsun. Fikirləşmirdim ki, dövlətli olsun. Bunların ailəsi də çox mehriban idilər bir–birlərilə. Yumşaq təbiətli insan idi, səhnədə necə şən, gülərüz idisə, evdə də elə.

Nigar Qasımova: – Mənə demədiyi söz yox idi. Ceyranım, balam, şəkərim… Vaxt var idi, yuxudan duran kimi gəlib başımın üstündə
Flora Kərimovanın mahnısını oxuyardı. (ağlayır)

Sevil xanım: – Dərslərilə Arif məşğul olurdu. Elə atasının bitirdiyi məktəbdə oxyurdu. Sinif yoldaşı var idi, Nigar Dadaşova, onu hamı “Dadaşova” deyə çağırırdı. Bizə zəng edən kimi Arif götürüdü ki, “Dadaşova, sənsən?” Deyirdim Arif, o, uşaqdır, sənin tayındırmı? Deyirdi, sinifdə hamı onu Dadaşova çağırır, mən də elə deyirəm. Sağlığında Arifin ad gününə qızımın sinif yoldaşları da gəlirdilər. Çünki şən adam idi. Onlarla deyib-gülürdü.

Previous Post

`Mən ağladım, atamın gözündən yaş gəldi` – Güldürən aktyorun ağladan hekayəti

Next Post

YAP yetkilisindən referenduma dair ilginc açıqlamalar

Bənzər yazılar

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

29 İyul 2026 - 15:13

Qlobal informasiya məkanında reklam çoxaldıqca həqiqətə ayrılan yer daha da kiçilir. Reklamın strateji hədəfi isə şərti alıcı tərəfindən qəbul olunacaq...

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23

Bir alimin elmdə qoyduğu iz onun akademik ağırlığını göstərir. Azərbaycan elmində Səadət xanımın elmi yaradıcılığı haqqında çox adamın məlumatı var....

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

29 İyul 2026 - 00:16

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir Şəhid atasından Prezident İlham Əliyev və Birinci...

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

29 İyul 2026 - 00:15

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyaya rəsmi səfəri çərçivəsində iyulun 28-də bu ölkənin Xalq Nümayəndələri Palatasının sədri Taqasse Çaffo ilə...

Next Post

YAP yetkilisindən referenduma dair ilginc açıqlamalar

YAP yetkilisindən referenduma dair ilginc açıqlamalar

Son xəbərlər

“Azərkosmos”un ixracında Birləşmiş Krallıq ilk sırada yer alıb

“Azərkosmos”un ixracında Birləşmiş Krallıq ilk sırada yer alıb

29 İyul 2026 - 16:47
6 ayda Azərbaycanın qeyri-neft sektoruna aid malllarının ixrac ölkələri açıqlandı

6 ayda Azərbaycanın qeyri-neft sektoruna aid malllarının ixrac ölkələri açıqlandı

29 İyul 2026 - 16:40
İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

29 İyul 2026 - 16:34
Qeyri-neft sektoru üzrə ixrac 16,9% artıb

Qeyri-neft sektoru üzrə ixrac 16,9% artıb

29 İyul 2026 - 16:27
Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

29 İyul 2026 - 16:15
Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək

Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək

29 İyul 2026 - 16:06
Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

29 İyul 2026 - 16:00
Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri açıqlandı

Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri açıqlandı

29 İyul 2026 - 15:53
Qarabağ Universitetində təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

Qarabağ Universitetində təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

29 İyul 2026 - 15:30
Əhali kartla daha çox ödəniş edir

Əhali kartla daha çox ödəniş edir

29 İyul 2026 - 15:14
Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

29 İyul 2026 - 15:13
BMT-dən yeni epidemiya təhlükəsi barədə XƏBƏRDARLIQ

BMT-dən yeni epidemiya təhlükəsi barədə XƏBƏRDARLIQ

29 İyul 2026 - 15:00
Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?

Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?

29 İyul 2026 - 14:52
Dənizdə batan 4 nəfər AXTARILIR

Dənizdə batan 4 nəfər AXTARILIR

29 İyul 2026 - 14:45
Bakıda 2 avtobusun marşrut xətti dəyişdirilir

Bakıda 2 avtobusun marşrut xətti dəyişdirilir

29 İyul 2026 - 14:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.