Sentyabrın 18-də İstanbulda Əyalət Jandarma Komandanlığı bölmələrinin keçirdiyi reyd zamanı türkiyəli aktyor Aras Bulut İynemli saxlanılıb.
Elchi.az xəbər verir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.
Narkotik vasitələrlə bağlı istintaq çərçivəsində keçirilən əməliyyat zamanı 15 şübhəli şəxs saxlanılıb. Onlardan bəzilərinin narkotik və digər stimullaşdırıcı maddələrdən istifadə etməsi, istifadəyə şərait yaratması və ya istifadə üçün yer təmin etməsi şübhələrini təsdiqləyən sübutların aşkar edildiyi iddia olunur.
Məryəm





















