"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

YAP yetkilisindən referenduma dair ilginc açıqlamalar

04 Avqust 2016 - 13:43
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

YAP yetkilisindən referenduma dair ilginc açıqlamalar

Siyavuş Novruzov: “Növbədənkənar seçkilərlə bağlı deyilənlər kimlərisə şirnikləndirmək üçün ortaya atılan xülyadır”

Sentyabrın 26-na təyin olunmuş konstitusiya dəyişiklikləri ilə bağlı referendumda təbliğat-təşviqat kampaniyasının başlanmasına bir ay qaldı. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovla müsahibəmizdə əsasən bu mövzudan danışdıq.

– Siyavuş bəy, referendum ideyasının haradan irəli gəldiyi barədə müxtəlif təxminlər var. Daha çox vurğulanan budur ki, referendum qərarı bölgədə baş verən gərgin ictimai-siyasi, hətta hərbi çevrilişlərlə müşayiət olunan hadisələrin fonunda verilib. Sizin bununla bağlı arqumentləriniz nədən ibarətdir?

– Yox, elə deyil. Referendumun ortaya çıxma zərurəti tam ölkənin iqtisadi inkişafı, dövlət quruculuğunun təkmilləşdirilməsi, təhlükəsizlik sisteminin möhkəmlənməsi, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn məsələlərlə əlaqədardır. Həmçinin insan hüquq və azadlıqlarının daha da möhkəmlənməsi, o cümlədən müxtəlif instansiyalarda, habelə dövlət qurumlarında və bələdiyyələrdə vətəndaşların müraciətlərinin cavablandırılması və s. məsələlər zərurət yaradırdı ki, konstitusiyanın müvafiq maddələrində dəyişiklik edilsin. O cümlədən müəyyən yaş senzləri ilə bağlı müvafiq addımlar atılmalıdır ki, insanlar sərbəst şəkildə özlərinin seçmək və seçilmək hüququndan istifadə etsin. Yəni burada hər hansı dövlətin ərazisində baş verən hadisə ilə əlaqədən söhbət gedə bilməz. Bu dəyişikliklərlə bağlı əks mövqedə olanlar beynəlxalq hüquq və normalara, Avropa prinsiplərinə uyğun olmayan heç bir nümunə göstərə bilmirlər, onların dedikləri ümumi söz yığınından ibarətdir və referenduma ehtiyac olmadığını hüquqi cəhətdən əsaslandıra bilmirlər. Referendum lazımdır, zəruridir və keçirilməlidir.

– Konstitusiya dəyişiklikləri qərarı Türkiyədə baş verənlərlə üst-üstə düşdü deyə, bəziləri çox uzağa gedən nəticələr çıxartdı. Bu barədə nə deyə bilərsiniz?

– Konstitusiyada dəyişiklik etdin, ya etmədin, dövlət çevrilişi cəhdinin qarşısını almaq onsuz da dövlətin vəzifəsidir. Azərbaycan Respublikasının Konstitusiyasında da bu, öz əksini tapıb. O baxımdan bundan ötrü konstitusiya dəyişməyə zərurət olduğu barədə fikri kim, hardan çıxarır, mən bunu başa düşə bilmirəm. Düzdür, Türkiyədə bu hadisələr 15 iyulda başladı, konstitusiya dəyişiklikləri ilə bağlı müraciət isə ayın 16-sında oldu. Lakin Türkiyədə hadisələr baş verənə qədər artıq bizdə konstitusiya dəyişiklikləri ilə bağlı məsələ nəzərdə tutulurdu, bunun üzərində iş gedirdi, yəni düzəlişlərin həyata keçirilməsi barədə proses çox-çox qabaqdan başlamışdı.  Dövlətin bilavasitə vəzifəsidir ki, Azərbaycan dövlətinə, vətəndaşına qarşı hər hansı bir təhdid olduğu halda bunun qarşısını alsın. 1993-cü ilin iyun hadisələrində deyilirdi ki, Surət qiyam qaldırdı və s. Dövlətin borcu qiyamın qarşısını almaq idi. Ala bilmirsə, vətəndaşın təhlükəsizliyini təmin edə bilmirsə, artıq onun dövlətçiliyindən, yaxud vəzifəli şəxsin vəzifəsindən söhbət gedə bilməz. Yəni bu, konstitusion normadır və var. Odur ki, Azərbaycandakı konstitusiya dəyişikliklərini Türkiyədəki qiyamla əlaqələndirmək yersizdir.

“Hakim partiya daxilində hər hansı narazılıq yoxdur, bunlar hamısı yanlış məlumatlardır”

– Fətullah Gülənin tərəfdarları Azərbaycana necə, təhlükə yaradırlarmı? 

– Azərbaycanda heç bir təhlükə yoxdur. Azərbaycanda kifayət qədər tolerantlıq hökm sürür və qanunla qadağan olmayan təriqətlər də fəaliyyətdədir. Yəni Azərbaycanda daim dinə yanaşma tam demokratik şəkildə və tolerant olub. Hətta sovet dövründə Azərbaycanda dini qadağalar qoyulanda burada insanlarımız gizlində və ya açıq şəkildə öz dini inanclarını yerinə yetirirdilər. İndi də hər kəs düşüncəli şəkildə bunu yerinə yetirir. Təbii ki, ayrı-ayrı qruplar, dövlətlər var ki, insanları ələ almaqla, şirnikləndirməklə qatı ekstremist təriqətlər ortaya çıxartmağa çalışırlar. Amma bu, Azərbaycanda baş tutan məsələ deyil. Birincisi, Azərbaycan xalqının müdrüklüyü, ikincisi qanunun aliliyi, hüquq-mühafizə sisteminin güclü şəkildə işləməsi və insanların bir-birini tanıması və bir-birinə hörmətlə yanaşması məsələləri var. O baxımdan da Azərbaycanda bu cür hallar mümkün deyil. Ara-sıra hansısa hallar müşahidə olunur. Görürsən kimsə aldadılıb, aparılıb hansısa qanunsuz silahlı birləşmələrin tərkibinə, sonradan peşman olub qayıdıb. Yaxud kəşfiyyat orqanları götürüb din pərdəsi altında aparıb silahdan istifadə qaydaları ilə bağlı təlimlər keçiblər. Təbii ki, bu kimi faktların üstü hüquq-mühafizə orqanları tərəfindən açılır və məhkəmələrdə də hökmlər çıxarılır.

– Yəni siz əminsinizmi ki, Fətullah Gülənin tərəfdarları Azərbaycan üçün təhlükəli deyil?

– Heç bir təhlükə törətmirlər. Birincisi, belə tərəfdarlar yoxdur, mən görmürəm. Digər tərəfdən, bizim dini etiqad azadlığı və dini ekstremizmə qarşı mübarizə haqqında qanunlarımız var. Bu qanunlarla da belə meyllər olacaqsa belə, qarşısı alınacaq.

– Bir aydan sonra başlayacaq təbliğat-təşviqat kampaniyasında siyasi təşkilatlara bərabər imkanların yaradılması ilə bağlı hansısa yeniliklər nəzərdə tutulurmu?

– Referendum haqqında qanunda, Seçki Məcəlləsində belədir ki, burada siyasi partiyalar bilavasitə partiya kimi yox, təşəbbüs qrupu kimi iştirak edirlər. Yəni YAP burada Yeni Azərbaycan Referendum üzrə Təşəbbüs Qrupu, qeydiyyatdan keçdikdən sonra isə Təşviqat Qrupu kimi fəaliyyət göstərəcək. İstənilən siyasi partiya, QHT, yaxud bir qrup insan yığışır, ilkin təşəbbüsçüləri müəyyənləşdirirlər, toplantını keçirirlər. Bunlar respublika üzrə təşviqat aparmaq istəyirlərsə, sayları 2 mindən çox olmalıdır. Hər hansı bir dairə üzrə isə təşəbbüsçülərin sayı 500-ə yaxın olmalıdır. Müvafiq sənədləri MSK-ya təqdim edirlər, MSK onlara imza vərəqi verir. 40 mindən artıq imza toplayandan sonra qeydiyyatdan keçirlər. İmza toplayıb qeydiyyatdan keçdikdən sonra isə istənilən vətəndaş referendumla bağlı ölkənin bütün ərazisində təşviqat apara bilər.

– Siyavuş bəy, beynəlxalq təşkilatların Azərbaycandakı referendum qərarına və hazırlıqlara ənənəvi münasibətdən fərqli yanaşması təəccüb doğurur…

“Xalq istəyəcəksə, buna səs verəcək, istəməyəcəksə, verməyəcək”

– Birincisi, bu, Azərbaycan xalqının iradəsinin ifadəsidir. Yəni xalq istəyəcəksə, buna səs verəcək, istəməyəcəksə, verməyəcək. Digər tərəfdən də burada qeyri-adi bir şey yoxdur. Əksinə, hüquq və azadlıqların qorunması üçün çox tutarlı addımlar var. Burada 29 əlavə və dəyişiklik var. Bu maddələrin 25-26-sı da insan hüquqları ilə bağlıdır və bu məsələ daha da gücləndirilir. Ona görə də hansı iraddan söhbət gedə, hansı irad tutula bilər? İkincisi tərəfdən də, hər bir ölkənin ali qanunvericiliyi var. Bu qanunvericilik müəyyənləşdiriləndə, yazılanda xalqın mədəniyyəti, tarixi, dəyərləri və digər məsələlər öz əksini tapır. Əgər dünyada vahid konstitusiya mövcud olsaydı, elə bütün ölkələr ABŞ-ın Konstitusiyasını götürərdi, çap edərdi, deyərdi “bu, mənim konstitusiyamdır”. Hətta Avropa Birliyinə daxil olan ölkələrdə qurumun özünün normativ hüquqi aktlarının  olmasına baxmayaraq, hər bir ölkənin konstitusiyası var. Sovetlər birliyində də SSRİ Konstitusiyası ilə yanaşı, hər bir respublikanın konstitusiyası var idi və bunlar bir-birindən fərqlənirdi. Hansısa ekspertin konstitusiya barədə rəy verməsi artıq xalqın maraqlarına toxunmaqdır. Xalq səs verir, qəbul edir, yaxud da əleyhinə çıxır, qəbul etmir.

 

– Deputatlıq üçün yaşın 18-ə endirilməsi də diqqət çəkir. Vətəndaşın hələ ali təhsil almadan parlamentdə təmsil olunmasına imkan yaradılması birmənalı qəbul olunmur.

– Bunu deyən nə konstitusiyanı, nə Seçki Məcəlləsini bilir, nə də seçki təcrübəsi var. Azərbaycanda 5 milyona yaxın seçici var. O 5 milyonun 3 milyon 100 mininin yaşı 35-ə qədərdir. Yəni 35-dən yuxarı yaşı olan insanların sayı təqribən 1 milyon 900 min nəfərdir. Yəni 3 milyon 100 min seçicinin hüququ bu və ya digər şəkildə pozulur. Nədə pozulur? Seçkidə iştirakda. Yəni 18 yaşda səs verə bilir, alqı-satqı edə, nikaha daxil ola, təhsil ala bilər. Amma seçilə bilməz. Burada söhbət ondan getmir ki, elə 18 yaşı olan kimi ona səs verəcəklər, seçiləcək. Bu, nədən irəli gəldi? Məsələn, bir gəncin yaşı 24,5-dir. Seçki ərəfəsində insanlar onu seçmək istəyir, savadı da var, təhsili də. Lakin qoyulan müddət ona seçilmək imkanı vermir. Deməli, o, 5 il 3 ay gözləməlidir ki, növbəti seçkidə namizədliyini irəli sürsün. İkinci tərəfdən, parlament seçkilərində ali təhsil məsələsi qoyulmur. Bu məsələ prezident seçkilərinə, Konstitusiya Məhkəməsinə və baş nazirliyə aiddir. Amma qalan strukturlara, istər bələdiyyə, istər parlament seçkilərinə seçilmək məsələsində ali təhsil məsələsi yoxdur. Əgər insanın şüuru yetkindirsə, 18 yaşı tamam olubsa, seçmək-seçilmək hüququ varsa, öz namizədliyini irəli sürə bilər. Seçici onu seçə də bilər, seçməyə də bilər. Vaxtilə anormal bir hal idi ki, deyirdilər 65 yaşdan yuxarı yaşı olan şəxslər prezident seçilə bilməz. Bunu seçici müəyyənləşdirir və məhdudiyyət yolverilməzdir.

– Bəs, prezidentlik yaşı ilə bağlı məhdudiyyətin götürülməsinə səbəb nə oldu?

– O da dünyanın bir çox ölkələrində var. Finlandiyada buna 18, Fransada 21 yaşda icazə verilir. Başqa-başqa dövlətlərdə, ümumiyyətlə, yasaq yoxdur, 18 yaşına çatdısa, istənilən növ seçkidə iştirak edə bilər. Bunu xalq müəyyənləşdirir ki, 18 yaşında olan namizədə səs verək, ya yox. Son prezident seçkilərində 50-yə yaxın iddiaçı müraciət etmişdi. Ancaq onların böyük əksəriyyəti lazım olan sənədləri və imzaları toplayıb təqdim edə bilmədi, 8 namizəd mübarizə apardı. Onda belə çıxır ki, 5 milyon insan seçkilərdə namizədliyini irəli sürəcək? Təbii ki, yox. 35 yaşla bağlı maddə olanda 2 milyon insanın içərisindən cəmi 50-si irəli çıxmışdı. Onların da 5-ni yoxlayıb gördülər ki, psixi problemləri var, dispanserdə qeydiyyatda olublar. Ağıllı, düşüncəli adam bilir ki, namizədliyini irəli sürə bilər, ya yox. Amma bunu qanunla məhdudlaşdırmaq insan hüquqlarının pozulması deməkdir.

– Konkretləşdirsək, deyə bilərikmi ki, növbəti prezident seçkilərində də hazırkı prezident İlham Əliyev hakim partiyanın namizədi olacaq? 

“Prezident də seçilib, parlament də və onların öz müddəti var, bu müddət də başa çatmalıdır”

– Təbii ki. Düzdür, hələ partiyada müzakirələr getmir. Çünki qarşıda kifayət qədər zaman var. YAP mütəmadi olaraq öz namizədini müəyyənləşdirir və irəli sürür.

– Hər halda, YAP-da prezident seçkiləri ilə bağlı ikinci bir namizədin olması ilə bağlı müzakirələr getmir, eləmi? 

– Belə bir müzakirələr yoxdur, oluna da bilməz. Prezident seçkilərindən hələ cəmi 2 il yarım vaxt keçib.

– Bu cür iddialar da var ki, referendumdan sonra növbədənkənar parlament və prezident seçkiləri keçirilə bilər. Bu, mümkündürmü?

– Növbədənkənar seçkilərin keçirilməsi bizim konstitusiyada əvvəl də var idi, indi də var. Seçkilər isə azad və demokratik şəkildə keçirilib. Növbədənkənar seçkilərlə bağlı deyilənlərsə kimlərisə şirnikləndirmək üçün ortaya atılan xülyadır. Prezident də seçilib, parlament də və onların öz müddəti var, bu müddət də başa çatmalıdır.

– Hakim partiya daxilində narazılıqların olması, hətta referendum ideyasının həm də burdan qaynaqlandığı barədə iddialar səslənir…

– Qəti şəkildə. Hakim partiya daxilində hər hansı narazılıq yoxdur, bunlar hamısı yanlış məlumatlardır.

Previous Post

YAP yetkilisindən referenduma dair ilginc açıqlamalar

Next Post

Ekspertdən neftlə bağlı mühüm proqnoz

Bənzər yazılar

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununu keçirib. Elchi.az -ın məlumatına görə, təsnifat mərhələsində Estoniyanın "Parnu" kollektivi ilə cavab...

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34

ABŞ Prezidenti Donald Tramp sonuncu amerikalı hərbçilərin İraqdan çıxarılmasını təsdiqləyib. Elchi.az  xəbər verir ki, bu barədə o, "Truth Social" sosial...

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Danimarka Hərbi Hava Qüvvələrinin (HHQ) "Fennec" tipli helikopteri ilə bağlı insidentə görə bu ölkənin səfiri...

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"da iştirak edib, müdafiə,...

Next Post

Ekspertdən neftlə bağlı mühüm proqnoz

Ekspertdən neftlə bağlı mühüm proqnoz

Son xəbərlər

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36
Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34
Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33
ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.