“Brent” markalı neftin orta qiyməti bu il çox güman ki, 42,5 dollar həddini keçə bilməyəcək.
Axar.az xəbər verir ki, bu barədə Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban açıqlama verib. Ekspert 2016-cı il üçün neftin orta qiymətini proqnozlaşdırıb:
“Brent” markalı neftin orta qiyməti bu il çox güman ki, 42,5 dollar həddini keçə bilməyəcək. Bu, ötən ildəki qiymət göstəricisidən 10 dollar azdır. Nəticədə neftdən asılı iqtisadiyyatlar üçün neftin 3 il durmadan ucuzlaşması ciddi problemə çevrilir”.
Qeyd edək ki, “Brent” markalı neftin 1 barreli hazırda 43,30 dollar, VTİ markalı neft isə 41,14 dollar dəyərindədir.
Son şərhlər