"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Məşhur baş həkimin əl-qolunu bağlayıb, evindən pul apardılar

04 Aprel 2018 - 14:47
in HADİSƏ
FacebookVatsap
Tanınmış professor Kamal Abdullayevin evinə basqın etməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.

Elchi.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə iclası baş tutub.
Təqsirləndirilən şəxslər Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevdir. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum okub ki, həbsdə olanlardan Anar Əmirov bundan öncə də 5 dəfə məhkumluq həyatı yaşayıb.
Məhkəmədə prokuror ittiham aktını elan edib.
İttihama görə, Firdovsi Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib.
F.Əliyev 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin bildirib ki, K.Abdullayev bu yaxınlarda klinikası böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.
İttihamda yazılır ki, bundan sonra A.Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər.
“Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib. Görüşdə verilən qərara əsasən, anket məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi da danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə isə oradan çıxıb Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. Anar hasardan keçərək içəridən darvazanı açıb. Onları qarşılayan alman qoyun itini bibər qazı ilə uyudublar”- deyə ittihamda yazılır.
Məlumata görə maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açıb içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamıdla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib.
Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.
İttihama münasibət bildirən A.Əmirov, N.Musayev və B.Hacızadə özlərini qismən təqsirli bilib, digərləri isə təqsirli bilməyiblər.
Zərərçəkmiş K.Abdullayev prosesdə iştirak etməyib.
Məhkəmədə Anar Əmirov sərbəst ifadə verərək hadisənin necə baş verdiyini danışıb.
O bildirib ki, E.Musayevlə F.Əliyevin evə basqından xəbərləri olmayıb: “Hadisədən 2-3 ay əvvəl Kamal Abdullayevin xəstəxanasının qarşısında Firdovsi ilə qarşılaşdım. Maaşını almaq üçün gəlmişdi, daha 2 ay onu görmədim. Mən Kamalın evinə getməyi Natiqlə danışmışam. İkimiz gedib evə baxdıq, amma qərara gəldik ki, 2 nəfər evə girə bilmərik. Sonra Bəhruz da bizə qoşuldu. Mən 2 milyon söhbətini elə-belə demişəm, evdə nə qədər pul olduğunu bilmirdim. Sonra üçümüz gedib evə girdik, Bəhruz pəncərəni açdı. Mən qadına yaxınlaşdım, Natiq də kişiyə. Qadın qışqıranda ona dedim ki, sənlə işimiz yoxdu. İki-üç dəqiqə sonra nəsə partlayış oldu, silah açıldı. Kişi qaz tapançası ilə Natiqi sinəsindən vurdu. Qadının ürəyi sıxıldı, mən onu otaqdan çıxardım. Sonradan Kamaldan tapançanı da, xəncəri də aldıq. Maskanı da təkcə mən geyinmişdim. Özümüzlə qaz balonu götürmüşdük, amma istifadə etmədik. Həyətdəki itə də heç nə etmədik, çünki bizi görüb gedib pilləkəndə uzandı. Hələ biz buna güldük də. Qadınla kişinin əl-ayağını da bağlamamışdıq. Kamaldan pulun yerini soruşdum, dedi aşağıdadır. İki konvert var idi, biri dollar, biri manat. Saymadan götürdüm. Sonra baxdıq ki, 5 min dollar, 2200 manat idi. Ondan 3300 dollar və 1200 manat Natiqə verdim, qalanını özümə götürdüm”- deyə təqsirləndirilən şəxs qeyd edib.
Anar Əmirov ətiri, kəməri, saatı özünün yox, Natiqin götürdüyünü deyib: “Heç onlardan xəbərim olmayıb. Biz evdə təxminən 15 dəqiqə qaldıq, çıxanda təkcə kişinin ayaqlarını bağladıq ki, arxamızca gəlməsin. Onları döyməmişik. Sonra da avtovağzala gedib taksi ilə rayona yollandıq. Mənim telefonum avtovağzalda yox, Biləcəridə qaldığım evdə olub”.
Təqsirləndirilən Namiq Musayev də A.Əmirov kimi eyni məzmunlu ifadə verib.
O bildirib ki, F.Əliyevin hadisədən xəbəri olmayıb və ona heç pul da verilməyib:
“Mənim telefonum Elməddində olmayıb, avtovağalda tanımadığım dönər dükanında “zaryatkaya” qoymuşdum. Biz rayona gedəndə taksidə arxada oturduq, öndə başqa bir adam var idi”.
Bu zaman hadisənin ilginc məqamı üzə çıxıb. Prokuror bildirib ki, taksidə olan həmin şəxs polis əməkdaşı olub və onların söhbətindən cinayət törətdiklərini anlayıb.
Digər təqsirləndirilən F.Əliyev həbs olunmadan öncə yalnız A.Əmirovu tanıdığını deyib.
O söyləyib ki, Kamal Abdullayevin yanında 2 ay sürücü işləyib:
“Pulumu vermədi. Həmin gün də maaşımı almaq üçün gəlmişdim. Oradan əsəbi çıxdım, Anarla qarşılaşdım. Hirsimdən Anara dedim ki, filan qədər pulu, maşınları var, amma mənim pulumu vermir. Bundan sonra heç nədən xəbərim olmayıb. Bir dəfə polisə çağırdılar, mən də getdim. Kamal Abdullayev 350 manat maaş verəcəkdi, onu da radarlara görə çıxmışdı”.
Məhkəmə prosesi aprelin 9-da davam etdiriləcək.
Hadisə 2017-ci ildə Binəqədi rayonunda baş verib.

Bunu da oxuyun

Zərdabda ağır qəza – 1 ölü, 2 yaralı

DSX: Girişi qadağan olan 31 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb

Bakıda yaşayış binasında liftin fəaliyyəti dayandırıldı – VİDEO

Previous Post

Məşhur baş həkimin əl-qolunu bağlayıb, evindən pul apardılar

Next Post

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Bənzər yazılar

Zərdabda ağır qəza – 1 ölü, 2 yaralı

Zərdabda ağır qəza – 1 ölü, 2 yaralı

06 Avqust 2026 - 19:28

Zərdabda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Elchi.az xəbər verir ki, qəza rayonun Məlikumudlu kəndi ərazisindən keçən avtomobil yolunda qeydə...

DSX: Girişi qadağan olan 31 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb

DSX: Girişi qadağan olan 31 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb

06 Avqust 2026 - 16:24

İyul ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 26 nəfər saxlanılıb. Bu barədə Elchi.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Qeyd olunub...

Bakıda yaşayış binasında liftin fəaliyyəti dayandırıldı – VİDEO

Bakıda yaşayış binasında liftin fəaliyyəti dayandırıldı – VİDEO

06 Avqust 2026 - 14:45

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində...

Bakı-Quba yolunda zəncirvari qəza olub, 5 nəfər xəsarət alıb- FOTO – YENİLƏNİB

Bakı-Quba yolunda zəncirvari qəza olub, 5 nəfər xəsarət alıb- FOTO – YENİLƏNİB

06 Avqust 2026 - 12:13

Quba rayonu Pirvahid kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2 kişi, 2 qadın, 1 azyaşlı)...

Next Post
Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Son xəbərlər

Zərdabda ağır qəza – 1 ölü, 2 yaralı

Zərdabda ağır qəza – 1 ölü, 2 yaralı

06 Avqust 2026 - 19:28
UEFA bu oyuna Asim Xudiyevi təyin etdi

UEFA bu oyuna Asim Xudiyevi təyin etdi

06 Avqust 2026 - 19:14
“Real Madrid” 125 milyon avroluq Yan Diomande transferini rəsmən açıqlayıb

“Real Madrid” 125 milyon avroluq Yan Diomande transferini rəsmən açıqlayıb

06 Avqust 2026 - 18:58
Hərbi əməliyyatların davam etdiyi ərazilərdə işləməyin! – Rəsmi Bakı

Azərbaycan XİN Yamaykanı təbrik etdi

06 Avqust 2026 - 18:50
Azərbaycan Venesuelaya başsağlığı verdi

Azərbaycan XİN Boliviyanı Müstəqillik Günü münasibətilə təbrik etdi

06 Avqust 2026 - 18:41
Kongo Demokratik Respublikasında Ebola riskinə görə gəmi saxlanılıb

Kongo Demokratik Respublikasında Ebola riskinə görə gəmi saxlanılıb

06 Avqust 2026 - 18:29
“Qalatasaray” Leaoya görə “Milan”a yeni təklif hazırlayır

“Qalatasaray” Leaoya görə “Milan”a yeni təklif hazırlayır

06 Avqust 2026 - 18:17
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Dünya Qızıl Şurası qızılın iyul qiymətini açıqladı

06 Avqust 2026 - 18:10
Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

06 Avqust 2026 - 17:59
Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

06 Avqust 2026 - 17:57
Neft Fondunun korporativ istiqrazları azalıb

Neft Fondunun korporativ istiqrazları azalıb

06 Avqust 2026 - 17:47
“Trabzonspor” Salahın maaşını açıqladı

“Trabzonspor” Salahın maaşını açıqladı

06 Avqust 2026 - 17:35
“Bayden kimi yıxılmasını istəmirəm”: Trampdan Las-Veqasda növbəti zarafat

“Bayden kimi yıxılmasını istəmirəm”: Trampdan Las-Veqasda növbəti zarafat

06 Avqust 2026 - 17:26
Azərbaycan və Keniya parlamentləri arasında dialoqun inkişafı müzakirə edildi

Azərbaycan və Keniya parlamentləri arasında dialoqun inkişafı müzakirə edildi

06 Avqust 2026 - 17:20
Pakistanda keçmiş baş nazirin 100-dən çox tərəfdarı həbs edilib

Pakistanda keçmiş baş nazirin 100-dən çox tərəfdarı həbs edilib

06 Avqust 2026 - 17:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.