Məktəbli qız əlindən alınan telefona görə yanğın törədib

83

Cənubi Amerikanın şimal-şərqində yerləşən Qayanada bir qız məktəb yataqxanasında yanğın törədib. Elchi.az France 24-ə istinadən xəbər verir ki, hadisənin qızın mobil telefonu əlindən alındıqdan sonra baş verdiyi ehtimal edilir.

Qəzet polisə istinadən yazır: “Şagird anası və müəllimi onun cib telefonunu götürdüyü üçün yanğın törətməkdə şübhəli bilinir”. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına görə, yanan yataqxanada 57 tələbə olub.

Havar Şəfiyeva